17
Oktyabr

17 Oktyabr

Xarici media

Rumıniyanın aparıcı KİV-ləri, o cümlədən AGERPRES milli xəbər agentliyi, Dcnews xəbər portalı, ProTv televiziyası, Realitatea televiziyası, News24hours xəbər portalı, News.ro xəbər agentliyi, Hotnews xəbər portalı, MediaFax özəl xəbər agentliyi, Romania Tv televiziyası və digərləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutması, dinc sakinlər arasında ölən və yaralananların olması barədə geniş məlumatlar, şəkillər, videolar yayıblar.

Bildirilir ki, Ermənistan silahlı qüvvələrinin gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən qəsəbəni raket atəşinə tutması nəticəsində 10-dan çox insan həlak olub, 40-dan artıq insan yaralanıb, mülki obyektlərə və infrastruktura ciddi ziyan dəyib.




Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.