17
Oktyabr

17 Oktyabr

Xarici media

Böyük Britaniyanın “The Guardian” qəzetində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə raket hücumu barədə məqalə dərc olunub.

Məqalədə Azərbaycan Baş Prokurorluğuna istinadla ölkəmizin ikinci ən böyük şəhəri Gəncənin Ermənistan tərəfindən ballistik raketlərdən istifadə edilməklə atəşə tutulması nəticəsində azı 12 nəfərin həlak olduğu, 40-dan çox insanın yaralandığı bildirilir. Qeyd olunur ki, Gəncənin yaşayış məhəllələrinə atılan iki raket 5 evi tamamilə dağıdıb, daha 15 evi zədələyib.

Qəzet yazır ki, bundan əlavə, Azərbaycanın hava hücumundan müdafiə qüvvələri Ermənistan tərəfindən energetiklər şəhəri olan Mingəçevirə atılan bir neçə raketi zərərsizləşdirib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.