Xarici media
Qırğızıstanın goldenbridgenews.com və turktoday.info portalları Gəncənin və Mingəçevirin Ermənistan tərəfindən raket atəşinə tutulması, Füzuli şəhərinin və rayonun yeddi kəndinin işğaldan azad olunması ilə bağlı materiallar yayıb.
Portallar Füzuli şəhərinin və rayonun yeddi kəndinin işğaldan azad olunması ilə bağlı məlumatı Prezident İlham Əliyevin xalqa müraciətində istinadla veriblər. Materiallarda Azərbaycan Prezidentinin müraciətdəki digər fikirlərinə də yer verilib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.