17
Oktyabr

17 Oktyabr

Xarici media

Norveç nəşrləri Gəncəyə raket hücumu barədə yazılar dərc edib.

Norveçin nüfuzlu “Verdens Gang”“Adresse” nəşrləri Ermənistan ordusunun Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket hücumundan bəhs edib.

Raket hücumu nəticəsində şəhərdəki bir neçə evin tamamilə dağıldığı, ən azı 13 mülki vətəndaşın həlak olduğu bildirilir.

“Verdens Gang” nəşrinin məqaləsində deyilir: “Azərbaycan prokurorluğunun məlumatına görə, hücum nəticəsində ən azı 50 nəfər zərər çəkib. Azərbaycan hökuməti məlumat verir ki, zərbələr Ermənistandan endirilib. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də 20-dən çox evin dağıldığını bildirir”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.