17
Oktyabr

17 Oktyabr

Xarici media

Qazaxıstan saytları Ermənistanın Gəncə şəhərinə növbəti raket hücumu ilə bağlı məlumatlar yayıb.

“zakon.kz”, “newsroom.kz”, “vlast.kz”, “azattyq-ruhy.kz”, “ea-news.kz” və digər saytlarda yayılan məlumatlarda Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində 13 mülki vətəndaşın həlak olduğu, 40-dan çox insanın yaralandığı, 20-dən çox evin dağıldığı bildirilir.

Portallar Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını da dərc edib. Qeyd edilib ki, Ermənistanın ardı-arası kəsilməyən təcavüzünün, dinc əhaliyə qarşı qəddar hücumların qarşısı alınmalıdır. Beynəlxalq birlik Ermənistanın Azərbaycan xalqına qarşı bu qeyri-insani hərəkətlərinə göz yummamalıdır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.