06
Oktyabr

6 Oktyabr

Orduya dəstək

Azərbaycan Respublikası Auditorlar Palatasının rəhbər işçiləri bir aylıq əmək haqqlarını Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna köçürdü

Auditorlar Palatasının rəhbər işçiləri biraylıq əməkhaqlarını Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüblər.

Palatadan bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə uğurlu əməliyyatların həyata keçirildiyi bu günlərdə ölkədə fəaliyyət göstərən dövlət qurumları, o cümlədən müəssisə və təşkilatlar, şirkətlər, fərdi vətəndaşlar, qeyri-hökumət təşkilatları Şanlı Ordumuza dəstək məqsədilə müxtəlif vasitələrlə dəstək olurlar. Qəhrəman Ordumuzun cəbhəboyu apardığı uğurlu əməliyyatlarda Auditorlar Palatası cəsarətli əsgərlərimizi dəstəkləyir və onlara möhkəm cansağlığı arzulayır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.