06
Oktyabr

6 Oktyabr

Orduya dəstək

“Avromed” şirkəti cəbhəyanı əraziləri tibbi maska ilə təmin edib

Ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatlarının davam etdiyi bir vaxtda cəbhəyanı bölgədə fəaliyyət göstərənlərin pandemiya təhlükəsinə qarşı tədbirli olması çox vacibdir. Bunu nəzərə alan “Avromed” şirkəti cəbhəyanı ərazilərə 10 000 ədəd tibbi maska göndərib.

Şirkətdən bildirilib ki, təmas xəttində yerləşən yaşayış məntəqələrinin dərman təchizatında heç bir çətinlik yaşanmaması üçün “Avromed” şirkəti cəbhəyanı bölgələrdə dərman vasitələrinin təminatına nəzarət edir.

Gücləndirilmiş rejimdə fəaliyyət göstərən gərargah yaradan şirkət bundan sonra da cəbhəyanı bölgələrə operativ şəkildə kömək etməyə hazır olduğunu bildirib.

“Avromed” QSC Azərbaycan xalqımıza möhkəm cansağlığı və daha böyük zəfərlər diləyir!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.