Orduya dəstək
AQTA əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüblər
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, agentliyin əməkdaşları könüllü olaraq biraylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.
Agentliyin əməkdaşları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirən rəşadətli ordumuzun yanındadır və bu tarixi günlərdə ordumuza şanlı qələbə arzu edirlər.
Qarabağ Azərbaycandır!