06
Oktyabr

6 Oktyabr

Orduya dəstək

Masallının mədəniyyət işçilərindən cəbhə bölgəsində olan hərbçilərimizə dəstək

Masallı Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşən hərbiçilərimizə dəstək aksiyasına başlanıb.

İlkin olaraq 3000 ədədə yaxın yun corab, 100 ədəd yataq üstlüyü, 300 ədəddən çox yun papaq, 300 ədəddən çox yun alt geyimi və 300 ədəddən çox əlcək hazırlanaraq oktyabrın 9-da cəbhə bölgəsinə göndəriləcək.

Aksiyaya qoşulmaq istəyənlər Masallı Regional Mədəniyyət İdarəsinə müraciət edə bilərlər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.