06
Oktyabr

6 Oktyabr

Orduya dəstək

“Təmiz Qaz”-dan Silahlı Qüvvələrə dəstək

İşğalda olan torpaqlarımızın azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşən şanlı Ordumuza dəstək hər bir vətəndaşın borcudur. Bu baxımdan “Təmiz Qaz” QSC Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat ianə edib.

Biz daim Ordumuzun yanındayıq. Əsgərlərimizlə qürur duyuruq. Qarabağ Azərbaycandır!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.