Orduya dəstək
“Medika” hospitaldan Azərbaycan əsgərlərinə dəstək
“Medika” hospital Azərbaycan əsgərlərinə dəstək nümayiş etdirib.
Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin azad edilməsi istiqamətində başlatdığı əks-hücum əməliyyatlarına dəstək məqsədilə “Medika” hospital da bütün imkanlarını səfərbər etməyə hazırdır:
"Bütün kollektivimiz əmindir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzün bərpası istiqamətində aparılan uğurlu siyasətin nəticəsi olaraq hazırda cəbhədə həyata keçirilən əks-hücum əməliyyatları da tezliklə uğurla nəticələnəcək və Azərbaycan əsgəri üçrəngli bayrağımızı müqəddəs torpaqlarımızda dalğalandıracaq.
Ali Baş Komandanın apardığı siyasətə dəstək vermək və lazım olduğu təqdirdə müvafiq tibbi yardımın göstərilməsi məqsədilə “Medika” hospital da bütün tibbi heyəti, tibbi-texniki təchizatı və mövcud resursları ilə ordumuzun, əsgərlərimizin yanındadır.
Biz bilikdə güclüyük və qələbə çox yaxındır.
Qarabağ Azərbaycandır!"