06
Oktyabr

6 Oktyabr

Orduya dəstək

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər

Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları bütün ölkədə böyük ruh yüksəkliyi ilə qarşılanır. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarını böyük sevinclə qarşılayan vətəndaşlar, dövlət və özəl qurumlar Silahlı Qüvvələrimizə maddi və mənəvi baxımdan dəstək olmağa çalışırlar.

Kənd Təsərrüfatı Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb.

Orduya dəstəyi mənəvi borc hesab edən Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsinə dəstək məqsədilə aylıq vəzifə maaşlarından ianə ediblər.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Respublikamızın ərazi bütövlüyü uğrunda vuruşan hər bir əsgərlə qürur duyduğunu bildirir.

Sizinləyik, Azərbaycan əsgəri! Biz zəfər çalacağıq! Qarabağ Azərbaycandır!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.