Orduya dəstək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna pul vəsaiti köçürüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildiriblər ki, Dövlət Komitəsinin rəhbər şəxsləri könüllü olaraq bir aylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.
Dövlət Komitəsi müzəffər Azərbaycan Ordusunun tezliklə tam qələbə qazanacağına əmindir və hər zaman ona dəstək verməyə hazırdır.
Yaşasın müzəffər Azərbaycan Ordusu! Qələbə bizimlədir!
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.