Orduya dəstək
Gömrük Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
Dövlət Gömrük Komitəsi (DGK) işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna pul vəsaiti köçürüb.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, komitənin əməkdaşları könüllü olaraq əməkhaqlarından 1 milyon manat Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.
Gömrük Komitəsinin kollektivi əmindir ki, yenilməz Azərbaycan Ordusu qələbə qazanacaq!
Qarabağ Azərbaycandır!
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.