06
Oktyabr

6 Oktyabr

Orduya dəstək

Əqli Mülkiyyət Agentliyi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürülüb.

Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi, o cümlədən tabeliyində olan qurumlarının əməkdaşları könüllü qaydada əməkhaqqı fondundan Silahlı Qüvvələrə Yardım Fonduna 35 min manat ianə edib.

Bu barədə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, bundan əlavə, Agentliyin İdarə Heyətinin qərarı ilə işğalda olan torpaqlarımızın düşməndən azad edilməsinə dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna Agentliyin göstərdiyi xidmətlər nəticəsində əldə etdiyi vəsait hesabına 100 min manat məbləğində vəsait köçürülüb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.