Zəfərin yolu
Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov “Ukraina-24” telekanalının xəbərlər proqramının canlı efirində Ermənistanın işğalçılıq siyasəti, bu ölkənin ordusunun Azərbaycanın mülki şəxslərini qətlə yetirməsi, Silahlı Qüvvələrimizin uğurlu əks-həmləsi barədə geniş məlumat verib.
A.Əzimov, ilk növbədə, Ukrayna dövlətinə, hökumətinə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozublar, danışıqlar 30 ildir nəticəsiz qalıb.
Nazir müavini vurğulayıb ki, BMT-nin Təhlükəsizlik...
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin “Radio Sparlamento” radiosunun “RİSİKO” verilişinin Ermənistan-Azərbaycan münaqişəsinin səbəblərinə həsr olunmuş 30 sentyabr tarixli buraxılışında iştirak edib. Verilişdə, habelə italyan jurnalistlər Antonio Albanese və Graziella Giangiulio, eləcə də Ermənistan parlamentində İtaliya ilə dostluq qrupunun sədri Maria Karapetyan da iştirak edib.
Erməni deputatın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və hazırda baş verən hərbi əməliyyatlara dair cəfəng fikirlərinə cavab olaraq, Azərbaycan diplomatı münaqişənin...
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Tahir Tağızadə sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi yeni təcavüz aktı və münaqişə ətrafında yaranmış vəziyyətlə əlaqədar Britaniyanın aparıcı KİV-ləri, o cümlədən BBC, “Telegraph”, “The Guardian” qəzetlərinin müxbirləri, eləcə də britaniyalı deputatlar və münaqişə üzrə ekspertlərin iştirakı ilə videobrifinq keçirib.
Brifinq zamanı səfir Ermənistanın sentyabrın 27-dən başlayaraq ölkəmizə qarşı növbəti hərbi təxribatı və hücumları, Azərbaycanın mülki əhalisini və mülki...
Rumıniyanın “Ultima Ora” onlayn qəzeti Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun “Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı” sərlövhəli məqaləsini dərc edib.
məqalədə Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozduğu, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar və artilleriya qurğularından atəşə tutduğu, Azərbaycana qarşı növbəti təcavüzə əl atdığı bildirilib. Mülki əhali və Azərbaycanın silahlı qüvvələrinin hərbçilərinin həlak olduğu, bir çox evlərə və digər mülki infrastruktura güclü...
Braziliyanın nüfuzlu “Comunitaria” telekanalında Azərbaycanın bu ölkədəki səfiri Elxan Poluxovun ölkəmizə həsr edilmiş müsahibəsi efirə gedib.
Müsahibə zamanı Braziliya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, qarşılıqlı səfərlər, iqtisadi, siyası, mədəni və digər sahələri əhatə edən məsələlərə toxunulub.
Səfir Ermənistanın Azərbaycan qarşı təcavüzü, bölgədə apardığı destruktiv və təhlükəli siyasətdən danışıb. Qeyd olunub ki, Ermənistan rəhbərliyinin həyata keçirdiyi siyasət Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan bütün sülh danışıqlarına son qoyub və təcavüzkar...
Ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları ilə əlaqədar sentyabrın 29-da ABŞ-ın “Current Time TV”, sentyabrın 30-da isə “ABC News”, “NBC News” və “Fox News” telekanallarına müsahibələr verib.
Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulluğundan bildiriblib ki, müsahibələrdə N.Ağayev Ermənistanın sentyabrın 27-dən başlayaraq ölkəmizə qarşı növbəti hərbi təxribatı və hücumları, Azərbaycanın mülki əhalisini və mülki obyektlərini qəsdən hədəfə alması, bu təxribatın nəticələri və ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsi...
“Əl-Cəzirə” telekanalı Azərbaycanın Tərtər rayonundan növbəti reportajı yayımlayıb.
Kanalın cəbhə bölgəsinə ezam olunmuş müxbiri rayon sakinlərindən birinin həyətində çəkiliş aparıb.
Reportajda deyilir ki, ev ermənilərin ağır artilleriya hücumu nəticəsində dağılıb. Evin sakinləri isə müvəqqəti olaraq yaxınlıqdakı məktəb binasına sığınıblar.
Reportajda rayonda məskunlaşmış məcburi köçkünlərdən müsahibələr də yer alıb. Bildirilir ki, onların doğma torpaqları 30 ildir Ermənistanın işğalı altındadır.
Qeyd edilir ki, Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan hücumları nəticəsində Tərtərdə...
Almaniyanın “blogs.taz.de” nəşrində azərbaycanlı alim Asif Məsimovun “Dağlıq Qarabağ ətrafında münaqişə: bu da insan haqları barədədir” sərlövhəli məqaləsi çıxıb
Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, bu münaqişə nəticəsində Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun işğal edilməsindən danışılır. Müəllif Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında gedən son döyüşlərlə bağlı bu günlərdə fikirlərini bildirən alman siyasətçilərinin mövqeyini işıqlandırır. Almaniya siyasətçiləri Barbara Hendirks (SDP),...
Moldovanın “Tribuna” informasiya portalında Effektiv Siyasət İnstitutun (Kişineu) direktor müavini, tarix elmləri doktoru, siyasi analitik Ruslan Şevçenkonun “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə başladı” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə Ruslan Şevçenko Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə toxunur, Minsk qrupu çərçivəsində aparılan danışıqların nəticəsiz qaldığını qeyd edir. Politoloq vurğulayır ki, Minsk qrupu çərçivəsində fəaliyyət göstərən beynəlxalq vasitəçilər işğal altında olan torpaqları qaytarmaq üçün Ermənistana təzyiq göstərmək əvəzinə,...
Koreya Respublikasının “Naewoeilbo” gündəlik qəzetində bu ölkədə yaşayan azərbaycanlıların Ermənistanın Azərbaycana qarşı son hərbi təcavüzü ilə bağlı Koreya xalqına müraciəti dərc olunub.
“Azərbaycan xalqının atəşə tutulması nifrət doğurdu, Ermənistana qarşı hərbi reaksiyanın verilməsi qərara alındı” başlığı ilə dərc edilən müraciətdə hazırda Ermənistan və Azərbaycan arasındakı hərbi qarşıdurmanın Azərbaycan torpaqlarında baş verdiyi, ölkəmizin məqsədinin yalnız öz ərazisini xarici işğalçılardan təmizləmək olduğu bildirilib. Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına...
ABŞ-ın “The National Interest” jurnalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü ilə bağlı məqaləsi dərc edilib.
Məqalədə sentyabrın 27-də Ermənistanın Azərbaycana növbəti hərbi təxribata başlamasından, Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etmək üçün Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatlarını həyata keçirməsindən bəhs olunur.
Müəllif baş verən hadisələrin dünya mətbuatında, xüsusilə Qərb mediasında ümumilikdə obyektiv işıqlandırılmadığını təəssüflə qeyd...
Misirin “Nile1” və “Aldiplomasy” internet portalları Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatlarını, Müdafiə Nazirliyinin cəbhədəki son vəziyyətlə əlaqədar məlumatlarını yayıb.
Bu ölkənin KİV-ləri, həmçinin H.Hacıyevin Azərbaycanın Tərtər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulmasının, mülki əhalinin qəsdən hədəfə alınmasının vəhşilik, barbarlıq olması, həmçinin xalqımızın bizə dəstək verən dost ölkələri və riyakarları heç vaxt unutmayacağı barədə bəyanatlarını təqdim edib.
Eyni zamanda, Misir...
Avstriyada fəaliyyət göstərən “Avusturya gündem“ internet televiziyasının müəllif verilişində Ermənistanın Azərbaycana qarşı təxribatları və hazırda cəbhədəki vəziyyətə həsr olunmuş veriliş yayımlanıb.
Tanınmış jurnalist Özden Çeliyin aparıcısı olduğu verilişdə Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş, Azərbaycan Mədəniyyət Mərkəzində dil kurslarının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Abdalla və Avstriyadakı xüsusi müxbir Elgün Niftəli qonaq qismində iştirak ediblər.
Verilişdə ilk olaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, hərbi təcavüzü və...
Azərbaycan Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması ilə əlaqədar Yaponiya tərəfindən də ədalətli və qətiyyətli mövqe gözləyir.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Yaponiyanın “Asahi Tv” telekanalına müsahibəsində bildirib.
Telekanalın yaydığı videosüjetdə sentyabrın 27-dən başlayaraq Ermənistan ordusunun təxribatı nəticəsində Azərbaycanla qarşıdurmanın kəskinləşdiyi, Ordumuzun əks-hücumu nəticəsində işğal altındakı bir sıra ərazilərin və strateji yüksəkliklərin azad edildiyi barədə məlumatlar əksini tapıb....
Reportajda Ermənistan silahlı qüvvələrinin mülki obyektləri və insanları hədəfə alması nəticəsində itkilər faktlarla tamaşaçıların diqqətinə çatdırılıb.
Cəbhədə döyüşlərin davam etdiyi bildirilən reportajda Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasına da yer verilib. Bildirilib ki, Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır. Türkiyə bu sahədə bütün səyləri dəstəkləyəcək. Azərbaycan öz ərazisində terrorla mübarizə aparır.
Reportajda, həmçinin Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadla Azərbaycan Ordusunun irəlilədiyi, insanlar arasında, orduda ruh...
Ukraynanın İctimai Televiziyasında Ermənistanın saxta təbliğatı ifşa olunub və işğalçılıq siyasəti pislənilib.
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu telekanala müsahibəsində Ermənistanın yaydığı feyk xəbərlərə toxunaraq, Ermənistanın bu ölkədəki səfiri Tiqran Seyranyanın yalanlarını üzə çıxarıb.
Azərbaycanın Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizəyə başladığını deyən E.Axundova qeyd edib: “Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə, təhqirinə, təxribatına 30 il dözdü. Daha dözmək fikrimiz yoxdur, Azərbaycan əsgəri öz torpaqlarının bütövlüyü uğrunda vuruşur, şəhid olur. Azərbaycan Ordusunun...
İtaliyanın Geopolitica.info Tədqiqat Mərkəzinin portalında Venesiyanın Ca Foscari Universitetinin professoru və aparıcı beyin mərkəzi olan İSPİ-nin tədqiqatçısı Karlo Frappinin “Dağlıq Qarabağdakı münaqişə yenidən alovlandı: Prof. Karlo Frappi ilə reportaj” başlıqlı müsahibəsi dərc olunub.
Qafqaz üzrə tədqiqatçı-ekspert olan professor Karlo Frappi ilə müsahibədə Ermənistanın Azərbaycana qarşı sentyabrın 27-də başlatdığı yeni hərbi təcavüzü və bu xüsusda, Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində həyata keçirdiyi hərbi əməliyyatlar, Ermənistan-Azərbaycan münaqişəsi, münaqişənin...
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Russia Today Arabic” kanalına müsahibə verib. Müsahibəni təqdim edirik.
- Qarabağda döyüşlərin yenidən alovlanmasının səbəbləri hansılardır?
- Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bu bölgədə azərbaycanlı mülki şəxslərə hücuma başladılar. Bundan əvvəl Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində cəmləşdirilməsinin şahidi olduq. Həmçinin iyul ayında Ermənistan Azərbaycanla sərhəddə təxribat törətdi. Bundan əvvəl isə Ermənistanın baş naziri danışıqlar prosesini dəfələrlə...