Xarici media
Braziliyanın nüfuzlu “Comunitaria” telekanalında Azərbaycanın bu ölkədəki səfiri Elxan Poluxovun ölkəmizə həsr edilmiş müsahibəsi efirə gedib.
Müsahibə zamanı Braziliya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, qarşılıqlı səfərlər, iqtisadi, siyası, mədəni və digər sahələri əhatə edən məsələlərə toxunulub.
Səfir Ermənistanın Azərbaycan qarşı təcavüzü, bölgədə apardığı destruktiv və təhlükəli siyasətdən danışıb. Qeyd olunub ki, Ermənistan rəhbərliyinin həyata keçirdiyi siyasət Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan bütün sülh danışıqlarına son qoyub və təcavüzkar siyasətin davamıdır. Səfir vurğulayıb ki, bu siyasətin yeridilməsinə beynəlxalq aləmin münaqişəyə laqeyd qalması şərait yaradır. O, dünya və Braziliya ictimaiyyətini Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb.
30 dəqiqə davam edən müsahibə Braziliyanın geniş auditoriyasının diqqətini çəkib və ölkəmiz haqqında gedən silsilə proqramların növbəti bir hissəsi olub.