03
Oktyabr

3 Oktyabr

Xarici media

Reportajda Ermənistan silahlı qüvvələrinin mülki obyektləri və insanları hədəfə alması nəticəsində itkilər faktlarla tamaşaçıların diqqətinə çatdırılıb.

Cəbhədə döyüşlərin davam etdiyi bildirilən reportajda Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasına da yer verilib. Bildirilib ki, Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır. Türkiyə bu sahədə bütün səyləri dəstəkləyəcək. Azərbaycan öz ərazisində terrorla mübarizə aparır.

Reportajda, həmçinin Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadla Azərbaycan Ordusunun irəlilədiyi, insanlar arasında, orduda ruh yüksəkliyinin olduğu bildirilir. Vurğulanır ki, Azərbaycan Ordusu işğal altındakı torpaqları geri qaytarmağa tam hazırdır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.