Xarici media
Ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları ilə əlaqədar sentyabrın 29-da ABŞ-ın “Current Time TV”, sentyabrın 30-da isə “ABC News”, “NBC News” və “Fox News” telekanallarına müsahibələr verib.
Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulluğundan bildiriblib ki, müsahibələrdə N.Ağayev Ermənistanın sentyabrın 27-dən başlayaraq ölkəmizə qarşı növbəti hərbi təxribatı və hücumları, Azərbaycanın mülki əhalisini və mülki obyektlərini qəsdən hədəfə alması, bu təxribatın nəticələri və ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsi haqqında ətraflı məlumat verib.
Baş konsul bildirib ki, Azərbaycan sülh istəyir, ancaq sülh yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasından sonra mümkün ola bilər.
Baş Konsulluq Qarabağ həqiqətlərinin ABŞ ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyətini intensiv şəkildə davam etdirir.