04
Oktyabr

4 Oktyabr

Özbəkistanın “human.uz” və “islamonline.uz” portalları Ermənistanın Azərbaycana təcavüzü və ordumuzun əks hücumu ilə əlaqədar məqalələr dərc edib.

Yazılarda Türkiyənin vitse-prezidenti Fuat Oktayın “Kriter” jurnalına müsahibəsindən bəzi məqamlar yer alıb.

Müsahibədə deyilir ki, Ermənistan işğalçıdır, regionda sülh və sabitlik üçün maneədir, beynəlxalq birlik Azərbaycanı dəstəkləyir. Bütün dünya gördü ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində həqiqət kimin tərəfindədir. Uzun illərdir təmas xəttində Ermənistanın Azərbaycana qarşı təxribatları dayanmır. Ermənilər iyul ayında sərhədin Tovuz...

04
Oktyabr

4 Oktyabr

Çinin ən çox oxunan internet media holdinqlərindən sayılan “Caixin Media”nın resurslarında Azərbaycanın bu ölkədəki səfiri Əkrəm Zeynallı ilə geniş müsahibə əsasında Dağlıq Qarabağ münaqişəsinə aid məqalə yerləşdirilib.

Məqalədə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, habelə yaşayış məntəqələrini atəşə tutması ilə başlayan təxribatından, ümumilikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən ətraflı bəhs olunub.

“Caixin Media”nın redaktorları müsahibədən əvvəl öz şərhlərində qeyd ediblər...

04
Oktyabr

4 Oktyabr

Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini, Xarici İşlər naziri xanım Bisera Turkoviçin “Radiosarajevo.ba” radiosuna müsahibə verib.

Müsahibədə dost ölkənin siyasətçisi Azərbaycanın ədalətli mövqeyini bir daha dəstəkləyib.

“Dağlıq Qarabağ bölgəsi ilə bağlı məsələyə gəldikdə, mövqeyimiz budur ki, biz, BMT-nin bütün qətnamələrini və beynəlxalq təşkilatların digər aktlarını dəstəkləyirik. Bosniya və Herseqovinanın Parlament Assambleyasının Xalqlar Palatasında Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət və dəstək adlı qətnamə qəbul edilib. Hər kəs...

04
Oktyabr

4 Oktyabr

Latviyada fəaliyyət göstərən “Baltikyanı ölkələrin səsi” (Baltijas Balss) xəbər portalında “Qarabağ alov içində” sərlövhəli məqalə dərc edilib.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə qısa nəzər salınıb, bu bölgənin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bildirilib.

Yazıda Azərbaycan ərazilərinin işğalı nəticəsində bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün düşdüyü, sülh danışıqları prosesinin nəticə vermədiyi, qondarma “Dağlıq Qarabağ respublikası”nın beynəlxalq səviyyədə tanınmadığı BMT Təhlükəsizlik Şurasının , münaqişəyə dair...

04
Oktyabr

4 Oktyabr

Yaponiyanın kütləvi-informasiya vasitələri Azərbaycan Ordusunun Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda apardığı uğurlu əməliyyatlardan yazır.

Bu barədə Yaponiyanın nüfuzlu “Yomiuri simbun” qəzeti, “Yahoo Japan”, “MSN”, “Huffingtonpost” saytları oktyabrın 4-də məlumat yayıblar. Çoxsaylı fotoların da əlavə edildiyi məqalələrə Azərbaycan Ordusunun uğurlu əməliyyatlarında İsrail istehsalı olan “Harop” pilotsuz uçan aparatlarının (PUA) mühüm rol oynadığı qeyd edilir. Bildirilir ki, haqqında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin də məlumat verdiyi bu PUA-lar düşmən...

04
Oktyabr

4 Oktyabr

Gürcüstanın “report.ge” portalı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ermənilərin Tərtər şəhəri, Füzuli rayonunun Horadiz şəhərinin və Gəncə şəhərini və dinc əhalini atəşə tutması ilə bağlı açıqlamasını yayıb.

Gürcü, rus və ingilis dillərində yayımlanan materiallarda Ermənistan silahlı birləşmələrinin Azərbaycanın qədim mədəniyyət mərkəzi Gəncə şəhərini atəşə tutması oxucuların diqqətinə çatdırılır. Bu atəş nəticəsində dinc əhali arasında ölən və yaralananların olduğu...

04
Oktyabr

4 Oktyabr

Qırğızıstanın “goldenbridgenews.com” və “turktoday.info” portalları Gəncənin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində mülki şəxslərə, infrastruktura və tarixi tikililərə dəyən ziyanla bağlı material, Özbəkistanin “fikr.uz” saytı isə Azərbaycan televiziyasına istinadla Ermənistan silahlı qüvvələrinin Gəncəni atəşə tutması haqqında rus dilində məqalə verib.

portallarda işğalçı Ermənistanın silahlı qüvvələrinin oktyabrın 4-də saat 10:00 radələrindən başlayaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrini ağır artilleriyadan atəşə...

04
Oktyabr

4 Oktyabr

Ərəb ölkələrinin nüfuzlu KİV-ləri – Qətərin “Aljazeera” televiziya kanalı və Misirin “Al Ahram” qəzeti Azərbaycanın ikinci böyük şəhəri Gəncədə mülki obyektlərin, o cümlədən yaşayış binalarının ermənilər tərəfindən artilleriya atəşinə tutulması, dinc əhali arasında ölən və yaralananların olması barədə xəbərlər yayıblar.

Gəncədən yayılan xəbər və fotoşəkillərə istinadla bildirilib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhərində, həmçinin Dağlıq Qarabağla yanaşı ərazidə yerləşən Beyləqanda...

04
Oktyabr

4 Oktyabr

Azərbaycanın Gəncə şəhərinin Ermənistan ərazisindən raket atəşinə tutulması xəbəri Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən sürətlə yayılıb.

Türkiyə KİV-ləri dinc əhali arasına tələfat və mülki evlərin və obyektlərin dağıntısı ilə nəticələnən Ermənistanın Azərbaycana qarşı raket zərbəsindən istifadə etməsini vandalizm adlandırıb.

Məlumatlar Anadolu, İHA, DHA xəbər agentlikləri, TRT HABER, A HABER, TGRT, TRT AVAZ və sair telekanallar, eləcə...

04
Oktyabr

4 Oktyabr

İndoneziyanın Respublika radiosunda indoneziyalı siyasi ekspert tərəfindən Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ölkəmizin torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında geniş müsahibə yer alıb.

 İndoneziya Demokratiya Təşəbbüsü (TIDI) təşkilatının icraçı direktoru siyasi ekspert Arya Sandhiyudha tərəfindən verilən müsahibədə münaqişənin tarixi və torpaqlarımızın işğalı barədə həqiqətlərə geniş yer verilib.

Dağlıq Qarabağ ərazisinin beynəlxalq hüququn norma və prinsiplərinə əsasən Azərbaycanın ərazisi olduğunu vurğulayan ekspert, bölgədəki separatçı ermənilərin Ermənistanın hərbi...

04
Oktyabr

4 Oktyabr

İsrailin “İ24” televiziya kanalının ərəb dilində yayımlanan studiyasının xəbərlər proqramının saat 20.00 buraxılışının canlı efirinə Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika idarəsinin müşaviri Elnur Məmmədzadə qoşulub.

Aparıcının Fransa prezidenti Emmanuel Makronun Suriyadan olan muzdluların Azərbaycana göndərilməsinə dair bir sıra dövlətləri açıq şəkildə ittiham etməsi ilə bağlı bəyanatı, eyni zamanda, Türkiyənin Ermənistan qoşunlarının tam çıxarılmasına dair tələblərinin mövcud vəziyyəti daha gərginləşdirəcək kimi suallarına Elnur Məmmədzadə tutarlı və əsaslandırılmış cavab...

04
Oktyabr

4 Oktyabr

Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində Gəncə şəhərinin Ermənistan tərəfindən atəşə tutulması barədə xəbər yerləşdirilib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin açıqlamasına istinadla hazırlanan xəbərdə ermənilərin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket hücumu nəticəsində mülki şəxslərdən bir nəfərin öldüyü, 4 nəfərin isə yaralandığı qeyd olunub. Xəbərdə bildirilir ki, Azərbaycan Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyi, Azərbaycanın işğal...

04
Oktyabr

4 Oktyabr

Misirin nüfuzlu “Şuruq” qəzetində Ermənistanın sülh danışıqlarına məhəl qoymaması, daim hərbi təxribatlara əl atması və status-kvonu saxlamağa çalışması ilə əlaqədar Azərbaycanın mövqeyi öz əksini tapıb.

Qəzetin dərc etdiyi məqalədə Azərbaycan XİN-in Ermənistanın öz silahlı qüvvələrinin məruz qaldığı ciddi itkiləri kompensasiya etmək niyyəti ilə xarici ölkələrdə yaşayan erməni mənşəli diaspora üzvlərini müvəqqəti işğal altındakı Azərbaycan ərazilərində qanunsuz yerləşdirilmiş hərbi birləşmələrinə cəlb etmək üçün addımlar atdığı, Ermənistan və erməni diaspor təşkilatlarının...

04
Oktyabr

4 Oktyabr

Misirin “Egyptonline”, “Alwaseela”, “Gomhoriaonline”, “Rayetmisr” informasiya portalları Azərbaycanın ikinci böyük şəhəri Gəncədə mülki obyektlərin, o cümlədən yaşayış binalarının ermənilər tərəfindən raket atəşinə tutulması, dinc əhali arasında ölən və yaralananların olması barədə xəbərlər yayıblar.

Gəncədən yayılan xəbər və fotoşəkillərə istinadla bildirilib ki, Ermənistan silahlı qüvvələri Cenevrə Konvensiyası ilə qadağan edilmiş silahlardan istifadə edərək Azərbaycanın ikinci böyük şəhərində mülki obyektləri və dinc əhalini hədəfə alıblar.

Xəbərlərdə vurğulanıb...

04
Oktyabr

4 Oktyabr

Azərbaycanın ikinci böyük şəhəri Gəncə və Dağlıq Qarabağ regionuna yaxın olan şəhərlər Ermənistan tərəfindən raket hücumuna məruz qalıb.

Bu barədə oktyabrın 4-də İndoneziyanın ANTARA dövlət informasiya agentliyi və nüfuzlu “Republika.co.ıd” portalı məlumat yayıb.

Bildirilir ki, Azərbaycan ərazisi olan Dağlıq Qarabağda yerləşən erməni hərbi qüvvələrinin rəhbərləri Azərbaycanın digər şəhərlərinin də onların hədəfləri olduğunu bəyan ediblər. Bu addım münaqişənin daha da böyüməsinə səbəb ola...

04
Oktyabr

4 Oktyabr

Ermənistan ordusu raketlərdən və ağır artilleriyadan istifadə edərək Azərbaycanın şəhərlərini atəşə tutub.

Bu barədə Avstraliyanın “Westernmagazine.com”, “Camdencourier.com”, “Yarrawongachronicle.com”, “ibtimes.com”, “Denipt.com” saytları və digər KİV-ləri məlumat yayıb. Bildirilir ki, Ermənistan ordusu Azərbaycanın ikinci böyük şəhəri Gəncədə mülki obyektləri, o cümlədən yaşayış binalarını raket atəşinə tutub. Dinc əhali arasında ölən və yaralananlar var.

Qeyd edilir...

04
Oktyabr

4 Oktyabr

Ukraynanın nüfuzlu “RBK-Ukrayna” informasiya agentliyi Ermənistan ordusu tərəfindən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin raketlərlə vurulması barədə ətraflı məlumat yayıb.

Məlumatda Ermənistan tərəfindən Gəncənin mülki obyektlərinin raketlə vurulması qeyd edilib.

“Gəncə şəhərinin raket hücumuna məruz qalması nəticəsində bir mülki şəxs ölüb, dörd nəfər isə xəsarət alıb. Eyni zamanda Gəncənin tarixi binaları raket hücumuna məruz qalıb”, - deyə Ukrayna mətbuatı yazır.

04
Oktyabr

4 Oktyabr

Son günlər Dağlıq Qarabağda gedən proseslər, ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlər və Azərbaycan Ordusunun qətiyyətli əks hücumu nəticəsində əldə olunan uğurla Gürcüstan KİV-lərinin diqqət mərkəzindədir.

Qonşu ölkənin report.ge(ingilis, rus), interpressnews.ge, 24news.ge, dalgatv.ge, aktual.ge və digər informasiya portalları, televiziya kanalları Azərbaycan, rus, ingilis və gürcü dillərində cəbhədə baş verən hadisələr barədə oxuculara ətraflı məlumatlar çatdırırlar.

Ermənistan silahlı birləşmələrinin Füzuli, Tərtər rayonlarının kəndlərini, eləcə də...

04
Oktyabr

4 Oktyabr

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğalı altında olan Cəbrayıl şəhərini və ətraf kəndləri düşməndən azad etməsi Türkiyənin bütün kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Əvvəlcə Prezident İlham Əliyevin sosial şəbəkə paylaşımlarına istinad edən media orqanları sonrakı mərhələdə xəbəri dövlətimizin başçısının canlı yayımla Azərbaycan xalqına müraciəti əsasında yayıblar.

Hazırda ölkənin aparıcı telekanallarında cəbhə xəttindəki vəziyyət ekspertlər tərəfindən qızğın müzakirə olunur, Cəbrayıl şəhərinin işğaldan azad olunmasının strateji əhəmiyyəti təhlil edilir.

Məlumatlarla

04
Oktyabr

4 Oktyabr

Böyük Britaniya “The London Post” portalı Azərbaycan Prezidentinin köməkçisi -Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamasını yayıb.

Yayımlanan materialda Ermənistan silahlı qüvvələrinin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini artilleriyadan atəşə tutması nəticəsində mülki şəxslərin xəsarət aldığı və həlak olduğu ,dövlət və özəl mülkiyyətə zərər dəydiyi qeyd olunub.

Məqalədə qeyd olunub ki, hərbi əməliyyatlar şəraitində mülki insanların hədəfə alınması və ya qəsdən öldürülməsi müharibə...

04
Oktyabr

4 Oktyabr

Böyük Britaniyanın “The London Post” informasiya agentliyi Ermənistan ordusu tərəfindən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin raketlər atəşinə tutulması barədə ətraflı məlumat yayıb.

Məlumatda Gəncənin mülki obyektlərinin, tarixi binalarının raket hücumuna məruz qaldığı vurğulanıb.

04
Oktyabr

4 Oktyabr

The Washington Post” qəzetində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın münaqişə zonasından kənarda yerləşən şəhərlərinin yaşayış məhəllələrinə raket zərbələri haqda məqalə dərc edilib.

Məqalədə Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin bazar günü Ermənistanın Gəncəyə və Mingəçevirə raket zərbələri endirməsi barədə bəyanatla çıxış etməsi qeyd olunur. Bir neçə yüz min nəfərin yaşadığı, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə Xankəndidən təqribən 100 kilometr məsafədə yerləşir.

Oktyabrın 4-də Hikmət Hacıyev...

04
Oktyabr

4 Oktyabr

İspaniyanın “Lavanguardia” qəzetində Ermənistanın Azərbaycanın mülki obyektlərinə hücumlarından bəhs edən məqalə dərc olunub. Məqalədə bazar günü səhər Azərbaycanın ikinci böyük şəhəri - Gəncədə mülki hədəflərin Ermənistan ərazisindən raket atəşinə tutulması barədə məlumat verilir.

İspan qəzeti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinad edərək, ermənilərin Azərbaycandakı mülki obyektlərə hücumlarının təsadüfi olmadığını yazır. Bildirilir ki, Ermənistanın sistematik hücumları bunun Ermənistan ordusu...