Xarici media
Misirin “Nile1” və “Aldiplomasy” internet portalları Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatlarını, Müdafiə Nazirliyinin cəbhədəki son vəziyyətlə əlaqədar məlumatlarını yayıb.
Bu ölkənin KİV-ləri, həmçinin H.Hacıyevin Azərbaycanın Tərtər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulmasının, mülki əhalinin qəsdən hədəfə alınmasının vəhşilik, barbarlıq olması, həmçinin xalqımızın bizə dəstək verən dost ölkələri və riyakarları heç vaxt unutmayacağı barədə bəyanatlarını təqdim edib.
Eyni zamanda, Misir oxucularına məlumat verilib ki, Azərbaycan Ordusu bütün cəbhəboyu düşmənə ağır zərbələr endirib və mühüm mövqeləri işğaldan azad edib.
Bundan başqa, Ermənistan prezidenti Armen Sarkisyanın “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində erməni hərbi birləşmələrinin tərkibində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində döyüşən çoxlu sayda muzdlu əsgərin olduğu barədə etirafı da qeyd olunub.