28
Sentyabr

28 Sentyabr

Özbəkistanın kun.uz portalı Ermənistanın təxribatları ilə əlaqədar özbək dilində materiallar verib.

“Dağlıq Qarabağda yeni gərginlik: Əsas məlumatlar” sərlövhəli məqalədə sentyabrın 27-də səhərdən başlayan Ermənistanın təxribatları və Azərbaycan ordusunun cavab tədbirləri görməsi nəticəsində müharibənin birinci günündəki parlaq qələbəsi haqqında geniş söhbət açılıb.

Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin televiziya ilə xalqa müraciəti haqqında ətraflı məlumat verilib. Dövlət başçısı müraciətində deyib: “Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm...

28
Sentyabr

28 Sentyabr

Türkiyənin nüfuzlu TRT HABER telekanalı Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də davamlı olaraq həyata keçirdiyi növbəti hərbi təxribatlar səbəbindən bölgədə yaranmış hərbi qarşıdurmanın səbəb və nəticələri ilə bağlı xüsusi proqram yayımlayıb.

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, görkəmli alimlər Toğrul İsmayılov, Çağrı Erhan və Giray Sadık tanınmış teleaparıcı Bətul Soysal Bozdoğanın qonağı olublar.

Efir qonaqları yaranmış gərginliyi ayrı-ayrı istiqamətlər üzrə təhlil ediblər. Prezident İlham Əliyevin hadisə ilə...

28
Sentyabr

28 Sentyabr

Avstraliyanın aparıcı kütləvi informasiya vasitələri (KİV) Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sentyabrın 27-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması və Azərbaycan ordusunun cavab tədbirləri ilə bağlı bəyanatını yayıb.

Ölkənin aparıcı vibimedia.net.au, abs.net.au, sbs.com.au saytlarında və digər informasiya portallarında ingilis dilində yayımlanan materiallarda sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan...

28
Sentyabr

28 Sentyabr

Çinin nüfuzlu kütləvi informasiya vasitələri Ermənistan Respublikası silahlı qüvvələrinin təmas xəttində atəşkəs rejimini kobud şəkildə pozaraq, növbəti dəfə təxribat törətməsi və Azərbaycan Ordusunun cavab tədbirləri həyata keçirməsini diqqətdə saxlayıb.

Milli xəbər agentliyi Sinxua, rəsmi "Jenmin Jibao" qəzeti, nüfuzlu “China Daily” qəzeti və digər KİV-lər (Xinhuanet.com) Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycanın Müdafiə Nazirliyinin mövzu...

28
Sentyabr

28 Sentyabr

Yaponiya kütləvi-informasiya vasitələri (KİV) də sentyabrın 27-də səhər saatlarında Ermənistan ordusunun Dağlıq Qarabağda Azərbaycana qarşı növbəti təxribatı və ordumuzun mülki vətəndaşların təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri barədə məlumatlar yayıb.

Yaponiyanın NHK telekanalı, Kyodo, Jıjı Press kimi nüfuzlu agentlikləri, “Mainichi shimbun”, “Yomiuri shimbun” qəzetləri və digər KİV-ləri bölgədə vəziyyətin gərgin olduğunu, döyüşlərin daha böyük qarşıdurmaya səbəb ola biləcəyini yazıblar.

Məqalələrdə münaqişənin tarixinə toxunularaq Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu, lakin...

28
Sentyabr

28 Sentyabr

Türkiyənin Anadolu agentliyi Ermənistan silahlı qüvvələrinin davamlı olaraq həyata keçirdiyi hərbi təxribatlar nəticəsində sentyabrın 27-dən başlayaraq bölgədə yaranmış hərbi qarşıdurma ilə bağlı infoqrafika və videoçarx yayımlayıb.

İnfoqrafika “Azərbaycan erməni hücumları qarşısında torpaqlarını işğaldan azad edir” sərlövhəsi ilə, videoçarx isə “Bu gün 60 saniyədə” bölməsində təqdim edilib. Hər iki materialda düşmənin Azərbaycan kəndlərinə hücumu, Azərbaycan Ordusunun mülki əhalini qorumaq cavab tədbirləri, Silahlı Qüvvələrimizin ilk zəfəri barədə məlumat verilir.

Materiallarda, həmçinin...

28
Sentyabr

28 Sentyabr

Mərakeşin məşhur “hespress.com” internet portalının və onlayn qəzetinin fransız dilində yayılan versiyasında “Qarabağda hərbi əməliyyatlar: Azərbaycan və Ermənistan müharibə həddindədir” sərlövhəli məqalə dərc edilib.

Məqalə bu sözlərlə başlanır: “Bu gün Azərbaycan Dağlıq Qarabağ regionunda Ermənistan tərəfindən dəstəklənən separatçıların silahlı hücumlarının səslərindən oyanıb. Azərbaycan ordusu ilə separatçılar arasında döyüşlər nəticəsində dinc sakinlər və hərbçilər həlak olub”.

Məqalədə qeyd edilir ki, Dağlıq Qarabağ regionunda Ermənistan tərəfindən dəstəklənən separatçılar...

28
Sentyabr

28 Sentyabr

Moldovanın nüfuzlu kütləvi informasiya vasitələri Ermənistan ordusunun cəbhədəki təxribatına, Azərbaycan Silahlı Qüvvələrinin əks hücuma keçərək uğurlu əməliyyatlar aparmasına dair məqalələr yayıblar.

Noi.md, “sputnik.md”, “ipn.md”, “locals.md”, “bani.md”, “protv.md” və digər saytlarda dərc edilən məqalələrdə Azərbaycan Müdafiə Nazirliyinə, ölkəmizin Moldovadakı səfirliyinə istinadla Ermənistan silahlılarının törətdiyi təxribatlar, mülki şəxslərin hədəfə alınması, Silahlı Qüvvələrimizin uğurlu əks-hücum əməliyyatları barədə məlumatlar yer alıb.

Diqqətə çatdırılır ki, Azərbaycan Ordusunun qoşun növləri və...

28
Sentyabr

28 Sentyabr

Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev İngiltərənin “The London Post” qəzetinə müsahibəsində Ermənistanın son hərbi təxribatları barədə danışıb.

Deputat sentyabrın 27-də səhər saat 6 radələrində işğal altında olan Qarabağ ərazisində yerləşmiş erməni hərbi qüvvələrinin təmas xətti boyunca yerləşən kəndlərimizi ağır artilleriya silahlarından güclü atəşə tutduğunu bildirib. Qeyd edib ki, bir çox evlər dağılıb, həm mülki əhali arasında, həm də...

28
Sentyabr

28 Sentyabr

İran mətbuatı Azərbaycan Ordusunun Ermənistanın işğalı altındakı ərazilərimizin azad edilməsi üçün həyata keçirdiyi əks-hücum əməliyyatlarından yazıb.

Bu ölkənin İRNA, “Mehr”, “Tasnim”, “İlna”, “Mizan oline”, “Shafaqan” və digər saytları yaydıqları materiallarda Azərbaycan Ordusunun bütün cəbhə boyunca əks hücuma keçərək Ermənistan silahlı qüvvələrini ağır itkilərə məruz qoyduğu, düşmənin geri çəkilmək məcburiyyətində qaldığı bildirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Silahlı Qüvvələri bir sıra yaşayış məntəqələrini işğaldan azad edib.

İRNA agentliyində dərc olunan analitik məqalədə...

28
Sentyabr

28 Sentyabr

İndoneziya mətbuatı da sentyabrın 27-də səhər saatlarında Ermənistan ordusunun Dağlıq Qarabağ regionunda Azərbaycana qarşı növbəti təxribatı və ordumuzun cavab tədbiri olaraq əks-hücuma keçməsi barədə məlumatlar yayıb.

İndoneziyanın ANTARA agentliyi, “Republika” nəşri,jpnn.com”, “sinarharapan.co, “kupang.tribunnews.com”, “viva.co.ıd” saytları və digər KİV-ləri vəziyyətin çox gərgin olduğunu yazıblar.

İndoneziyanın ANTARA dövlət informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində...

28
Sentyabr

28 Sentyabr

Macarıstanın “Daily News Hungary” nəşri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı silahlı təxribatı haqqında məlumat yayıb.

Agentliyin Macarıstandakı müxbirinin sözügedən nəşrdə yayımladığı materialında Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqına müraciəti və Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatı barədə məlumat verilir. Məlumatda Azərbaycan dövlətinin başçısının və köməkçisinin çıxışlarından əsas tezislər yer alır və xüsusilə qeyd olunur ki, Ermənistan silahlı qüvvələri, məhz...

28
Sentyabr

28 Sentyabr

“The Baltic Course” biznes jurnalının portalında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sentyabrın 27-də 06.00-da Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin kobud şəkildə pozulması barədə bəyanatı dərc edilib.

Məqalədə Ermənistanın dinc sakinlərin yaşayış məntəqələrinə qəsdən hücum etməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olduğu qeyd edilir. Dinc əhaliyə edilən hücumlar Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır və bunun...

28
Sentyabr

28 Sentyabr

Malayziyanın BERNAMA dövlət informasiya agentliyi Ermənistan hərb qüvvələrinin sentyabrın 27-dən etibarən Azərbaycana qarşı başladığı növbəti hücumlarla bağlı məqalə dərc edib.

“Azərbaycan Dağlıq Qarabağdakı bir neçə yaşayış məntəqəsinin azad olunduğunu təsdiq edib” sərlövhəli məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında dövlət başçımızın çıxışına geniş yer verilib.

Qeyd edilib ki, Ermənistan ordusunun hərbi təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçib. Hərbi əməliyyatlar uğurla...

28
Sentyabr

28 Sentyabr

Albaniyanın “Albaniandailynews” qəzetində Azərbaycan Yunanıstandakı səfiri Anar Hüseynovun Ermənistanın növbəti hərbi təxribatı barədə şərhi dərc edilib.

Şərhində səfir Azərbaycan Müdafiə Nazirliyinin məlumatını Yunanıstan ictimaiyyətinin diqqətinə çatdırıb.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə boyunca yerləşən mövqelərini iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri...

28
Sentyabr

28 Sentyabr

Macarıstan, Monteneqro, Serbiya, Bosniya və Hersoqovina mətbuatında sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hücumuna ölkəmizin Silahlı Qüvvələrinin əks-əməliyyatla cavab verməsi geniş işıqlandırılıb.

Monteneqro, Serbiya və Macarıstanda fəaliyyət göstərən Azərbaycan–Monteneqro Mədəniyyət və İqtisadiyyat Mərkəzi, Azərbaycan Mədəniyyət Mərkəzi və Macarıstan-Azərbaycan Gənclər Birliyinin təşəbbüsləri ilə dərc olunan məqalələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan kəndlərinə və mülki əhaliyə hücumuna ordumuzun düşmənə layiqli cavab verməsindən, işğal zonasında gərginliyin yenidən artmasından bəhs olunub.

Vurğulanıb ki, sərhəd...

28
Sentyabr

28 Sentyabr

Niderlandın “haber.nl” portalında Ermənistanın Azərbaycan ərazilərinə genişmiqyaslı təxribatından bəhs edən məqalə dərc edilib.

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev və Şuranın üzvü, Beynəlxalq Azərbaycan Xanımları Klubunun sədri Kəmalə Ceylinovanın həmmüəllifləri olduqları yazıda Ermənistanın sentyabrın 27-də səhər saatlarında bütün cəbhəboyu genişmiqyaslı hücuma keçərək, Azərbaycanın yaşayış məntəqələrinə və hərbi obyektlərinə artilleriya zərbələri endirməsi, mülki əhali və hərbçilər arasında itkilərin olması, Azərbaycanın öz torpaqlarını müdafiə və işğaldan azad...

28
Sentyabr

28 Sentyabr

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Euractiv” portalında “Azərbaycan və Ermənistan arasında təhlükəli toqquşmalar regional təhlükəsizlik üçün təhdiddir” adlı məqaləsi dərc edilib.

Məqalədə sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən növbəti təxribata diqqət çəkilərək Azərbaycan ərazilərinin və mülki əhalinin Ermənistan Silahlı Qüvvələrinin artilleriya atəşinə məruz qalması qeyd olunur. Bildirilir ki, baş verənlər Ermənistanın hazırkı rəhbərliyi tərəfindən məqsədyönlü şəkildə törədilən təxribatların davamıdır.

Məqalədə...

28
Sentyabr

28 Sentyabr

Ermənistanın Azərbaycana qarşı təcavüzü – aqressiv davranışın nümunəsi və soyqırımı cinayətinə görə cəzasızlığın nəticəsidir.

Bosniyanın “Kruq-99” Müstəqil İntellektuallar Assosiasiyasının prezidenti Adil Kulenoviçin press-relizi bu sərlövhə altında yayılıb.

Assosiasiyanın saytında yayılan sənəddə Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması və Azərbaycanın mülki obyektlərinə zərbələr endirilməsi barədə danışılır. Sənəddə bildirilir ki, bununla bağlı “Kruq-99” Müstəqil İntellektuallar Assosiasiyası Ermənistanın Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı açıq-aşkar təcavüzünə və Azərbaycan Respublikasının...