28
Sentyabr

28 Sentyabr

Xarici media

Macarıstanın “Daily News Hungary” nəşri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı silahlı təxribatı haqqında məlumat yayıb.

Agentliyin Macarıstandakı müxbirinin sözügedən nəşrdə yayımladığı materialında Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqına müraciəti və Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatı barədə məlumat verilir. Məlumatda Azərbaycan dövlətinin başçısının və köməkçisinin çıxışlarından əsas tezislər yer alır və xüsusilə qeyd olunur ki, Ermənistan silahlı qüvvələri, məhz mülki şəxsləri və obyektləri hədəfə alır, bununla da onlar 1949-cu il Cenevrə konvensiyalarını pozaraq, hərbi cinayətlər törətmiş olur.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.