29
Sentyabr

29 Sentyabr

Serbiyanın nüfuzlu xəbər portallarında Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq, Azərbaycanın mülki əhalisinə və hərbi mövqelərinə qarşı genişmiqyaslı hücumu və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycan Ordusunun cavab tədbirləri ilə bağlı bəyanatı haqqında məqalələr dərc edilib.

“Hacıyev: Ermənistanın hücumları beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır” başlıqlı məqalə Serbiyanın “Danas.rs” və “Naslovi.net”...

29
Sentyabr

29 Sentyabr

Fransanın aparıcı mətbuat orqanlarında, radio və televiziya kanallarında Ermənistanın son hərbi təxribatlarına dair məlumatlar verilir.

Le Monde”, “Le Figaro”, “La liberation”, “Le Point” portallarında, eləcə də “France culture” radiosunda, “Franceinfo”, M6 televiziya kanallarında son günlər Dağlıq Qarabağdakı döyüşlər haqqında məlumatlar yayımlanır.

İnformasiyalarda Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində Azərbaycan Ordusunun öz ərazisində döyüşməsinə, ölkəmizin ərazi bütövlüyünü qorumasına, haqq işi uğrunda mübarizəsinə...

29
Sentyabr

29 Sentyabr

Tacikistanın avesta.tj portalı Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə əlaqədar rus dilində geniş məqalə verib.

Məqalədə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistanın qanunsuz hərəkətləri, Livan ermənilərinin Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər ərazilərində məskunlaşdırılması, işğalçı dövlətin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğu və nəhayət, sentyabrın 27-də səhər tezdən Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların yeni hərbi münaqişəyə gətirib çıxardığı işıqlandırılıb.

Məqalədə Ermənistan...

29
Sentyabr

29 Sentyabr

ABŞ-ın müxtəlif media saytlarında Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü haqqında məqalələr dərc olunub.

Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat verib.

Səfirlik tərəfindən hazırlanan məqalədə qeyd olunur ki, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni yerləşən Ermənistan silahlı qüvvələri sentyabrın 27-də atəşkəs rejimini bir daha pozaraq mülki əhalinin məskunlaşdığı yerləri, həmçinin təmas xətti boyunca Azərbaycan Ordusunu kütləvi artilleriya atəşinə tutub.

Azərbaycan kəndlərinin bombalanması nəticəsində bir sıra mülki şəxs həlak olmuş, bir çoxu yaralanıb....

29
Sentyabr

29 Sentyabr

Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatları Yaponiya kütləvi informasiya vasitələrinin də diqqətindədir.

Yaponiyanın NHK, BS1, Asahi telekanalları, “Yomiuri shimbun”, “Nihon shimbun”, “Jiji Press”, “Yahoo Japan” və digər KİV-ləri cəbhədə baş verən hadisələr barədə informasiyalar yayıblar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumatların da əks olunduğu informasiyalarda problemin artıq 30 ildir ki, davam etdiyi bildirilir. Vurğulanır ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır.

Yaponiya telekanallarının nümayiş etdirdiyi süjetlərdə Azərbaycan Respublikası...

29
Sentyabr

29 Sentyabr

Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində Ermənistanın növbəti hərbi təxribatı nəticəsində təmas xəttində yaranmış vəziyyətdən bəhs edən məqalə yayılıb.

Məqalədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki qondarma rejimin rəsmilərinə istinadla sentyabrın 28-də Azərbaycan qoşunları ilə toqquşmalarda daha 28 erməni yaraqlısının öldüyü, nəticədə ölənlərin sayının 56-ya çatdığı bildirilib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri ilə toqquşmalarla əlaqədar Azərbaycanda Prezident İlham...

29
Sentyabr

29 Sentyabr

İspaniyanın böyük oxuyucu kütləsinə malik “Galicia Digital” elektron portalında sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutması, Azərbaycana qarşı növbəti təcavüzə əl atması kəskin şəkildə qınanılıb.

Məqalədə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı nəticəsində mülki əhalinin məqsədli şəkildə hədəf seçildiyi, təcavüzkar ölkənin növbəti hərbi təcavüzünün qarşısını almaq və...

29
Sentyabr

29 Sentyabr

Efiopiyanın və Keniyanın “Ethiopian İnformer”, “Ethiopian Monitor”, “New Business Ethiopia” və “Reporter” informasiya portalları, habelə Efiopiyanın 102.1 FM dalğasında yayımlanan “Sheger FM” radiosu tərəfindən Ermənistanın növbəti hərbi təcavüzü və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanın Silahlı Qüvvələrinin əks-həmlə və cavab tədbirləri barədə məlumatlar operativ şəkildə yerli ictimaiyyətin diqqətinə çatdırılıb.

Məlumatlarda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında əks olunmuş həqiqətlərə xüsusi yer ayrılaraq,...

29
Sentyabr

29 Sentyabr

Dağlıq Qarabağ regionunun şərq hissəsində, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri ilə Azərbaycan arasında təmas xəttində şiddətli döyüşlər başlanıb. Hər iki tərəfin verdiyi məlumata görə, bu şiddətli döyüşlər itkilərlə, o cümlədən mülki əhali arasında tələfatla nəticələnib.

Jurnalist Neta Bar İsrailin nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində dərc edilmiş “Ermənistan və Azərbaycan arasında hərbi münaqişə Qafqazda genişmiqyaslı müharibəyə gətirib çıxara bilər” sərlövhəli məqaləsində bu barədə yazıb.

Məqalədə deyilir: “Azərbaycanın Müdafiə Nazirliyi...

29
Sentyabr

29 Sentyabr

Almaniyanın, ARD, ZDF, NTV, “Deutsche Welle” telekanallarında, dpa, AFP kimi xəbər agentliklərində, habelə “tagesschau.de”, “welt.de”, “spiegel.de”, “zeit.de”, “focus.de”, “stern.de”, “tagesspiegel.de”, “trtdeutsch.com”portallarında, eləcə də digər çoxsaylı digər KİV-lərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindəki təmas xətti boyunca həyata keçirdiyi növbəti təxribatı ilə bağlı çoxsaylı materiallar yayımlanıb.

Məqalələrdə Dağlıq Qarabağdakı bütün təmas xətti boyunca genişmiqyaslı döyüşlər getdiyi, hərbçilər və mülki vətəndaşlar arasında itkilərin olduğu qeyd edilir.

Dağlıq Qarabağın tarixinə nəzər...

29
Sentyabr

29 Sentyabr

Azərbaycan Dağlıq Qarabağ bölgəsində erməni separatçılarına qarşı hərbi hücumlarını uğurla davam etdirir. Rəsmi Bakı haqlı olaraq, bu qüvvələri Ermənistanın dəstəklədiyi qondarma “DQR” hesab edir.

Bu barədə tanınmış hərbi jurnalist Set Fransmanın İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş “Azərbaycan Ermənistan ilə münaqişədə nəyə nail olmaq istəyir” sərlövhəli məqaləsində deyilir.

Məqalə müəllifi qeyd edir ki, bu ölkələr XX əsrin 90-cı illərindən münaqişə aparır, lakin son...

29
Sentyabr

29 Sentyabr

Özbəkistanın fikr.uz portalı Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti, kun.uz, human.uz, daryo.uz portalları Ermənistanın Azərbaycan torpaqlarındakı müharibə cinayətləri ilə əlaqədar materiallar verib.

Fikr.uz portalı Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini rus dilində tam olaraq verib.

Daryo.uz portalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın Azərbaycan torpaqlarından çıxması ilə bağlı çağırışını yayıb. Portal Türkiyənin “Hürriyyət” qəzetinə istinadla yazır ki, Rəcəb Tayyib Ərdoğan ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ problemini həll etmək iqtidarında...

29
Sentyabr

29 Sentyabr

Sentyabrın 27-də səhər erkən saatlarda Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan ərazilərindən Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Bu fikirlər nüfuzlu “The Korea Post” qəzetinin Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdiyi son təxribat haqqında hazırladığı məqalədə əks olunub. Bildirilib ki, həmin intensiv atəş nəticəsində Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və...

29
Sentyabr

29 Sentyabr

İraq mətbuatı Azərbaycan ordusunun Ermənistan işğalındakı ərazilərimizin azad edilməsi üçün əks-hücum əməliyyatlarından yazıb.

Düşmən dövlətin təxribatları İraqın alsumaria, sindibad news, alhurra saytlarında dərc olunub. Materiallarda göstərilib ki, sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın cəbhəboyu ərazilərini artilleriyadan atəşə tutub. Buna cavab olaraq, Azərbaycan Ordusu hələ Sovet İttifaqının dağıldığı vaxtda Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağı azad etmək üçün əks-hücuma keçib və bir sıra yaşayış məntəqələrini azad edib.

Materiallarda...

29
Sentyabr

29 Sentyabr

Fransanın nüfuzlu “The Global Future College” tədqiqat mərkəzinin portalında “Azərbaycan: mülki şəxslər ilk və əsas qurbanlardırlar” adlı yazı dərc olunub.

Yazıda cari il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin, yaşayış məntəqələrinin iriçaplı silahlardan atəşə tutulduğu və hərbi mövqelərimizə hücum olduğu deyilir.

Bildirilir ki, Tərtər rayonunun Qapanlı, Ağdamın Çıraqlı və Orta Qaravənd, Füzulinin Alxanlı və Şükürbəyli, Cəbrayılın Cocuq Mərcanlı kəndlərinə intensiv hücumlar nəticəsində qadın və uşaqlar da...

29
Sentyabr

29 Sentyabr

Özbəkistanın tnews.uz və kun.uz portalları Ermənistanın təxribatları və Azərbaycanın əks-hücumu ilə bağlı özbək dilində məqalələr verib.

Tnews.uz portalı yazır ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə beynəlxalq birliyin passivliyinin, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə susmasının nəticəsidir.

Məqalədə Ermənistanın son təxribatları, Azərbaycanın əks hücumu haqqında məlumat yer alıb.

Portal, həmçinin Fransadakı Azərbaycanın Dostları Assosiasiyasının rəhbəri Jan- Fransua Manselin fikirlərinə də yer ayırıb. O deyib ki, BMT qətnamələrinə məhəl...

29
Sentyabr

29 Sentyabr

İtaliyanın “Kmetro”, “Il Tempo”, “Politicamente Corretto”, “Libero Quotidiano”, “Agenzia Nova”, “Askanews”, “Notizie Yahoo”, “Fortuneita”, “Maximitalia”, “Agenzia Stampa Italia”, “Adnkronos”, “Radioveronicaone”, “Sardegnagol”, “Notizie Geopolitiche” və sair kütləvi informasiya vasitələrində Azərbaycanın İtaliyadakı səfirliyinin mətbuat açıqlamaları əsasında 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatları barədə çoxsaylı məlumatlar dərc olunub.

Məlumatlarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin hadisələrlə bağlı Azərbaycan xalqına...