Zəfərin yolu
Ermənistan silahlı qüvvələrinin illər uzunu həyata keçirdiyi işğalçılıq siyasəti və mülki əhalini atəşə tutması beynəlxalq hüquqa təhdiddir. Buna görə regiondakı bütün xoşagəlməz hadisələrə görə Ermənistan məsuliyyət daşıyır. Türkiyə hər zaman olduğu kimi Azərbaycanın yanında olacaqdır.
Bu ifadələr Ermənistanın hərbi təxribatları nəticəsində iki ölkə arasında yaranmış gərgin vəziyyətlə bağlı Türkiyənin aparıcı kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda əksini tapıb.
Anadolu agentliyi, TRT HABER,
Gürcüstanın aparıcı kütləvi informasiya vasitələri (KİV) Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanatını yayıb.
Ölkənin aparıcı report.ge, 24news.ge, newsday.ge, dalgatv.ge və digər informasiya portallarında Azərbaycan, gürcü, rus və ingilis dillərində yayımlanan materiallarda sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud...
Misirin “Rayetmısr” və “Egyptnewsonline” informasiya portalları Ermənistanın növbəti hərbi təxribatı barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatını yayıb.
Misir ictimaiyyətinin diqqətinə Azərbaycan Müdafiə Nazirliyinin məlumatı çatdırılıb. Qeyd olunub ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun...
Rusiya KİV-ləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanatında səsləndirilən fikirlərə geniş yer verib.
Rusiyanın aparıcı KİV-ləri bu gün Ermənistanın cəbhəboyu təmas xəttində törətdiyi təxribatı barədə materiallarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatına istinad edib. Bir çox...
Rumıniyanın nüfuzlu KİV-ləri, o cümlədən “Amosnews” xəbər agentliyi, “News24hours” xəbər portalı, “Ultima Ora” (Son Saat) qəzeti Ermənistanın növbəti hərbi təxribatı barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatını yayıb.
Rumıniya ictimaiyyətinin diqqətinə Azərbaycan Müdafiə Nazirliyinin məlumatı çatdırılıb. Qeyd olunub ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini,...
Avstriyanın aparıcı xəbər agentliyi olan Avstriya Mətbuat Agentliyində (APA) Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın cəbhəboyu ərazilərdə törətdiyi növbəti hərbi təxribatı barədə bəyanatı yayılıb.
Bəyanatda Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirildiyi qeyd edilib. Bildirilib ki, mülki əhali və hərbi qulluqçular arasında həlak...
Qırğızıstanın goldenbridgenews.com və turktoday.info portalları ermənilərin cəbhə xəttindəki təxribatları ilə bağlı materiallar yayıb.
Portallar “Hikmət Hacıyev: Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasıdır”, “Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır”, “Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib”, “Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb” sərlövhəli materialları rus dilində çap edib.
Yazılarda bildirilir ki, sentyabrın 27-də saat 06:00...
Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı Yaxın Şərq və Şimali Afrika ölkələrində ərəbdilli mətbuatın diqqət mərkəzindədir.
Misirin “Asiaelyom” informasiya agentliyi, “Əlvəsilə”, “Aldiplomasy” internet nəşrləri, “Rayetmısr” və “Egyptnewsonline” portalları Ermənistanın növbəti hərbi təxribatı barədə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini, Prezidentin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatını, Müdafiə Nazirliyinin məlumatlarını yayıb.
Qətərin nüfuzlu “Əl Cəzirə” telekanalı Ermənistanın və separatçı, qondarma Dağlıq...
Ukraynanın dövlət Ukrinform informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın növbəti təxribatına dair fikirlərinə yer ayırıb.
Məqalədə Azərbaycan Prezidentinə istinadla Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini qətlə yetirməsi qeyd olunur. Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri əks hücuma keçərək düşmənin canlı qüvvəsini və texnikasını məhv edib.
Ukraynanın nüfuzlu kütləvi informasiya vasitələri Ermənistan ordusunun cəbhədə təxribatına, Azərbaycan Silahlı Qüvvələrinin əks hücuma keçərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edilməsinə dair məqalələr dərc ediblər.
Ukrinform, UNİAN, RBK-Ukrayna, 112.ua, Obozrevatel və digər saytlarda dərc edilən məqalələrdə Azərbaycan Müdafiə Nazirliyinə istinadla Ermənistan silahlılarının törətdiyi təxribatlar, mülki şəxslərin öldürülməsi, Silahlı Qüvvələrimizin uğurlu əks hücum əməliyyatlar barədə məlumatlar yer alıb.
Qeyd olunur ki, Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin...
Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də davamlı olaraq həyata keçirdiyi növbəti hərbi təxribatlar səbəbindən bölgədə yaranmış hərbi qarşıdurma Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən fasiləsiz olaraq işıqlandırılmaqdadır.
Anadolu, İHA, DHA agentlikləri, TRT HABER, TÜRK HABER, A HABER, NTV və s. telekanallar, o cümlədən ölkənin aparıcı qəzetləri və xəbər portalları cəbhə bölgəsindəki vəziyyət barədə türkdilli tamaşaçıları və oxucuları məlumatlandırır.
Prezident İlham Əliyevin hadisə ilə bağlı Azərbaycan xalqına...
Misir, Əlcəzair, İordaniya, Səudiyyə Ərəbistanı, Küveyt və digər ərəb ölkələrinin KİV-ləri Ermənistan silahlı qüvvələrinin bu gün Azərbaycana qarşı törətdikləri genişmiqyaslı hərbi təxribatlar barədə silsilə materiallar yayırlar.
Sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri müxtəlif silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini intensiv atəşə tutub. Hücum nəticəsində azərbaycanlı mülki əhali və hərbçilər arasında həlak olanlar və yaralananlar olub.
Ərəb ölkələrinin onlarla informasiya resursu –...
Xəbər verdiyimiz kimi, sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozub. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu haqda bəyanatla çıxış edib.
Bəyanatda göstərilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın cəbhəyanı bölgələrində yerləşən, əhalisi sıx olan zonalarında yaşayan mülki şəxsləri bilərəkdən atəşə tutur.
Xatırladaq ki, Prezidentin köməkçisi Azərbaycan silahlı qüvvələrinin əks-hücum əməliyyatına başladığını da bildirib.
Hikmət...
Almaniyanın tagesschau.de, welt.de, trtdeutsch.com portallarında ermənilərin cəbhə xəttindəki növbəti təxribatı ilə bağlı materiallar yayılıb.
27 sentyabr tarixində, səhər saatlarında Dağlıq Qarabağ regionunda ağır döyüşlərin başladığı barədə bildirilir. Münaqişə tərəflərinin döyüşlərlə bağlı təqdim etdiyi məlumatlara istinad edilərək hərbi və mülki itkilərin olduğu ifadə olunur. Tərəflərin hərbi əməliyyatların kəskinləşməsinə görə bir-birini günahlandırdığı əlavə olunur.
Məlumatlarda, həmçinin Dağlıq Qarabağın beynəlxalq hüquqi cəhətdən Azərbaycana məxsus olduğu, AFR Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağı tanımadığı və regionu...
Avstraliya kütləvi-informasiya vasitələri sentyabrın 27-də Ermənistan ordusunun Azərbaycana qarşı növbəti təxribatı və ordumuzun əks-hücuma keçərək işğal altında olan ərazilərdə apardığı hərbi əməliyyatlar barədə çoxsaylı məlumatlar yayıblar.
“SBS news”, “ABC net” və “The Sydney Morning Herald” nəşrlərində Ermənistan ordusunun növbəti təxribatı nəticəsində Dağlıq Qarabağ regionuna görə Azərbaycanla qarşıdurmanın növbəti dəfə gərginləşdiyi barədə məlumat verilib.
Vurğulanır ki, bu, 2016-cı ildən bəri cəbhədə tərəflər arasında müşahidə edilən ən böyük qarşıdurmadır.
Məqalələrdə münaqişənin...
Özbəkistanın tnews.uz və qalampir.uz portalları özbək və rus dillərində Ermənistanın Azərbaycana qarşı son təxribatlarını pisləyən məqalələr çap edib.
Tnews.uz portalında verilən məqalədə sentyabrın 27-də saat 06:00-dan başlayaraq Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutduğu bildirilir.
Materialda vurğulanır ki, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta...
Bosniya və Herseqovinanın Federal Xəbərlər Agentliyində (FENA) “Hacıyev: Ermənistan Azərbaycanın mövqelərini bombalamağa davam edir” (Hajiyev: Armenija nastavlja bombardirati azerbejdžanske položaje) başlıqlı məqalə dərc edilib.
Məqalədə Ermənistan silahlı qüvvələrinin cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəsi kobud şəkildə pozaraq, Azərbaycanın mülki əhalisinə və hərbi mövqelərinə qarşı hücumlarına dair məlumat verilir.
Monteneqronun nüfuzlu “Bosnjaci.net” və “www.crnogorskiportal.me” xəbər portallarında “Ermənistanın Azərbaycana hücumu regiondakı və dünyadakı sülhə təhlükədir” başlıqlı məqalə dərc edilib.
Məqalədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini, hərbi mövqelərini atəşə tutmaları və bu hücumların qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun əks hücum əməliyyatlarına həyata keçirməsinə dair məlumatlar əks olunub.