28
Sentyabr

28 Sentyabr

Xarici media

Türkiyənin Anadolu agentliyi Ermənistan silahlı qüvvələrinin davamlı olaraq həyata keçirdiyi hərbi təxribatlar nəticəsində sentyabrın 27-dən başlayaraq bölgədə yaranmış hərbi qarşıdurma ilə bağlı infoqrafika və videoçarx yayımlayıb.

İnfoqrafika “Azərbaycan erməni hücumları qarşısında torpaqlarını işğaldan azad edir” sərlövhəsi ilə, videoçarx isə “Bu gün 60 saniyədə” bölməsində təqdim edilib. Hər iki materialda düşmənin Azərbaycan kəndlərinə hücumu, Azərbaycan Ordusunun mülki əhalini qorumaq cavab tədbirləri, Silahlı Qüvvələrimizin ilk zəfəri barədə məlumat verilir.

Materiallarda, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın təxribatları ilə bağlı fikirləri, qonşu dövlətlərin prosesə münasibəti diqqətə çatdırılıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.