28
Sentyabr

28 Sentyabr

Xarici media

Moldovanın nüfuzlu kütləvi informasiya vasitələri Ermənistan ordusunun cəbhədəki təxribatına, Azərbaycan Silahlı Qüvvələrinin əks hücuma keçərək uğurlu əməliyyatlar aparmasına dair məqalələr yayıblar.

Noi.md, “sputnik.md”, “ipn.md”, “locals.md”, “bani.md”, “protv.md” və digər saytlarda dərc edilən məqalələrdə Azərbaycan Müdafiə Nazirliyinə, ölkəmizin Moldovadakı səfirliyinə istinadla Ermənistan silahlılarının törətdiyi təxribatlar, mülki şəxslərin hədəfə alınması, Silahlı Qüvvələrimizin uğurlu əks-hücum əməliyyatları barədə məlumatlar yer alıb.

Diqqətə çatdırılır ki, Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altındakı bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad olunub.

Bildirilir ki, cəbhənin Füzuli–Cəbrayıl istiqamətində hərbi əməliyyatlar nəticəsində uzun illər ərzində düşmən işğalındakı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.