28
Sentyabr

28 Sentyabr

Xarici media

Özbəkistanın kun.uz portalı Ermənistanın təxribatları ilə əlaqədar özbək dilində materiallar verib.

“Dağlıq Qarabağda yeni gərginlik: Əsas məlumatlar” sərlövhəli məqalədə sentyabrın 27-də səhərdən başlayan Ermənistanın təxribatları və Azərbaycan ordusunun cavab tədbirləri görməsi nəticəsində müharibənin birinci günündəki parlaq qələbəsi haqqında geniş söhbət açılıb.

Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin televiziya ilə xalqa müraciəti haqqında ətraflı məlumat verilib. Dövlət başçısı müraciətində deyib: “Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olmuşdur”.

Materialda Ermənilərin bugünkü təxribatları və Dağlıq Qarabağın tarixi haqqında da məlumat verilir.

Portal “Türkiyə Ermənistanla münaqişədə Azərbaycana dəstək verir” sərlövhəli məqaləsində isə bildirir ki, Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın deyib: “Ankara Ermənistanın Azərbaycana olan son təxribatlarını da ittiham edir. Türkiyə Azərbaycanın yanındadır”.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.