27
Sentyabr

27 Sentyabr

Xarici media

Almaniyanın tagesschau.de, welt.de, trtdeutsch.com portallarında ermənilərin cəbhə xəttindəki növbəti təxribatı ilə bağlı materiallar yayılıb.

27 sentyabr tarixində, səhər saatlarında Dağlıq Qarabağ regionunda ağır döyüşlərin başladığı barədə bildirilir. Münaqişə tərəflərinin döyüşlərlə bağlı təqdim etdiyi məlumatlara istinad edilərək hərbi və mülki itkilərin olduğu ifadə olunur. Tərəflərin hərbi əməliyyatların kəskinləşməsinə görə bir-birini günahlandırdığı əlavə olunur.

Məlumatlarda, həmçinin Dağlıq Qarabağın beynəlxalq hüquqi cəhətdən Azərbaycana məxsus olduğu, AFR Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağı tanımadığı və regionu “Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilər” kimi xarakterizə etdiyi öz əksini tapır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.