27
Sentyabr

27 Sentyabr

Xarici media

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də davamlı olaraq həyata keçirdiyi növbəti hərbi təxribatlar səbəbindən bölgədə yaranmış hərbi qarşıdurma Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən fasiləsiz olaraq işıqlandırılmaqdadır.

Anadolu, İHA, DHA agentlikləri, TRT HABER, TÜRK HABER, A HABER, NTV və s. telekanallar, o cümlədən ölkənin aparıcı qəzetləri və xəbər portalları cəbhə bölgəsindəki vəziyyət barədə türkdilli tamaşaçıları və oxucuları məlumatlandırır.

Prezident İlham Əliyevin hadisə ilə bağlı Azərbaycan xalqına müraciəti, Azərbaycan Təhlükəsizlik Şurasının iclası, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi, Prezident Administrasiyasının və Müdafiə Nazirliyinin rəsmi məlumatları davamlı şəkildə efirlərdən yayılır.

Telekanallar siyasi, hərbi, iqtisadiyyat üzrə görkəmli ekspertlərini vəziyyətlə bağlı fikir və mülahizələrini işıqlandırırlar. Diqqətə çatdırılır ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşir, vətəndaşlar öz torpaqlarını işğaldan azad etmək üçün milli ordunun yanındadır. Azərbaycan Silahlı Qüvvələri vahid komandanlıq əsasında öz təhlükəsizliyini tam təmin etmək qüdrətindədir.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.