Xarici media
Ukraynanın dövlət Ukrinform informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın növbəti təxribatına dair fikirlərinə yer ayırıb.
Məqalədə Azərbaycan Prezidentinə istinadla Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini qətlə yetirməsi qeyd olunur. Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri əks hücuma keçərək düşmənin canlı qüvvəsini və texnikasını məhv edib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.