27
Sentyabr

27 Sentyabr

Xarici media

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozub. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu haqda bəyanatla çıxış edib.

Bəyanatda göstərilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın cəbhəyanı bölgələrində yerləşən, əhalisi sıx olan zonalarında yaşayan mülki şəxsləri bilərəkdən atəşə tutur.

Xatırladaq ki, Prezidentin köməkçisi Azərbaycan silahlı qüvvələrinin əks-hücum əməliyyatına başladığını da bildirib.

Hikmət Hacıyevin bəyanatı bu gün Avropa İttifaqının “EU Politics” nəşrində “Bakı Yerevana son şans verir” başlığı ilə dərc edilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.