27
Sentyabr

27 Sentyabr

Xarici media

Bosniya və Herseqovinanın Federal Xəbərlər Agentliyində (FENA) “Hacıyev: Ermənistan Azərbaycanın mövqelərini bombalamağa davam edir” (Hajiyev: Armenija nastavlja bombardirati azerbejdžanske položaje) başlıqlı məqalə dərc edilib.

Məqalədə Ermənistan silahlı qüvvələrinin cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəsi kobud şəkildə pozaraq, Azərbaycanın mülki əhalisinə və hərbi mövqelərinə qarşı hücumlarına dair məlumat verilir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.