27
Sentyabr

27 Sentyabr

Xarici media

Monteneqronun nüfuzlu “Bosnjaci.net” və “www.crnogorskiportal.me” xəbər portallarında “Ermənistanın Azərbaycana hücumu regiondakı və dünyadakı sülhə təhlükədir” başlıqlı məqalə dərc edilib.

Məqalədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini, hərbi mövqelərini atəşə tutmaları və bu hücumların qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun əks hücum əməliyyatlarına həyata keçirməsinə dair məlumatlar əks olunub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.