27
Sentyabr

27 Sentyabr

Xarici media

Rusiya KİV-ləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanatında səsləndirilən fikirlərə geniş yer verib.

Rusiyanın aparıcı KİV-ləri bu gün Ermənistanın cəbhəboyu təmas xəttində törətdiyi təxribatı barədə materiallarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatına istinad edib. Bir çox kütləvi informasiya vasitələri, o cümlədən TASS, “RİA Novosti”, “RBK” agentlikləri, aparıcı xəbər saytlarında bəyanatdan sitatlar yer alıb.

Xəbər resursları Azərbaycan Prezidentinin köməkçisinin Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini intensiv atəşə tutması, mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananların olması, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirməsi barədə fikirlərini təqdim edib. KİV-lər H.Hacıyevin bəyanatına istinadla Azərbaycanın beynəlxalq ictimaiyyəti Ermənistanın yeni təcavüz aktı həyata keçirməyə və müharibəyə hazırlaşdığı barədə dəfələrlə xəbərdarlıq etməsini, yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyətin tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü diqqətə çatdırıb.



Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.