02
Oktyabr

2 Oktyabr

Ermənistanın hərbi təxribatları nəticəsində bölgədə yaranmış gərgin qarşıdurma Türkiyənin bütün kütləvi informasiya vasitələrinin aktual mövzusu olaraq qalmaqdadır. Azərbaycan Silahlı Qüvvələrinin cəbhə boyu göstərdiyi rəşadətlə bağlı bol-bol video və foto paylaşan KİV-lər Ermənistan ordusunun dinc Azərbaycan əhalisinə qarşı vəhşi hücumlarına dair faktları da təqdim edirlər.

Anadolu, İHA, DHA xəbər agentlikləri, TRT HABER, A HABER, HABER TÜRK, NTV, CNN Turk, HABER GLOBAL,

02
Oktyabr

2 Oktyabr

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə sentyabrın 27-dən başlayaraq Ermənistan və Azərbaycan arasında baş verən döyüşlərlə əlaqədar “The Guardian” qəzetində dərc olunan və reallığı təhrif edən məqalələrlə bağlı qəzetin redaksiyasına məktub ünvanlayıb.

Qeyd olunan məktubda səfir Tahir Tağızadə yazır: “Dağlıq Qarabağ mübahisəli bölgə deyil. Azərbaycanın yeddi rayonu ilə birlikdə Ermənistan tərəfindən işğal edilmiş beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisidir.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və...

02
Oktyabr

2 Oktyabr

Oktyabrın 1-də Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Ermənistanın Azərbaycana qarşı son təxribatları barədə xüsusi veriliş yayımlanıb.

Verilişin aparıcılar Kazuyasu İşida və Yasuhiro İşibaşi yapon tamaşaçılara son günlər Ermənistanla Azərbaycan arasında gərginləşən və bütün dünyanın diqqətini özünə cəlb edən qanlı toqquşma barədə məlumat veriblər.

Təqribən 1 saat 10 dəqiqə davam edən və onlayn formatda keçirilən verilişin qonaqları Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər və...

02
Oktyabr

2 Oktyabr

“BBC World Radio”nun “Newsday” proqramında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun müsahibəsi yayılıb. Səfir Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən öz qoşunlarını BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq geri çəkməli olduğunu, regionda davamlı sülhün yalnız Ermənistanın işğala son qoymasından sonra mümkünlüyünü diqqətə çatdırıb. O, ərazisinin 20 faizi işğal edilmiş Azərbaycanda Ermənistan tərəfindən etnik təmizləmə siyasətinin həyata keçirildiyini bildirib.

Səfir jurnalistin erməni tərəfinin mülki şəxslərinin həlak olması ilə bağlı...

02
Oktyabr

2 Oktyabr

Elmira Axundova “Ukraina-24” telekanalına müsahibə verib

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bildirib ki, Ermənistan ordusunun təxribatı nəticəsində azərbaycanlı mülki şəxslər arasında itkilər var. Bu itkilərin sayı hər gün artır, çünki Ermənistan ordusu Azərbaycanın mülki obyektlərini, evləri hədəf götürür.

Jurnalistin cəbhədə son vəziyyətə dair sualını cavablandıran Elmira Axundova qeyd edib ki, Azərbaycan Ordusu əks-həmlə əməliyyatlarını uğurla davam etdirir. Ermənistan tərəfdən xarici muzdlu hərbçilərin döyüşdüyünü vurğulayan səfir bildirib ki, bununla bağlı...

02
Oktyabr

2 Oktyabr

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov bu ölkənin “TV Berlin” telekanalına Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı son hərbi təxribatları barədə geniş müsahibə verib.

Müsahibədə diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi-hüquqi aspektləri, Azərbaycan tərəfinin münaqişənin həlli ilə bağlı mövqeyi, Ermənistanın son təxribatları, mövcud vəziyyətdə xarici ölkələrin, o cümlədən Rusiya, Türkiyə, Almaniyanın tutduqları mövqe, ATƏT-in Minsk qrupu çərçivəsində gedən danışıqların səmərə verməməsi və sair barədə yerli ictimaiyyəti məlumatlandırıb.

Münaqişənin Ermənistanın ölkəmizə qarşı...

02
Oktyabr

2 Oktyabr

Dünya koreyalılarını birləşdirən “WorldKorean” elektron şəbəkəsində Dağlıq Qarabağ münaqişəsinə dair “Ermənistan-Azərbaycan münaqişəsi, keçmiş SSRİ-nin müstəmləkə siyasətinin səpdiyi toxumlar” sərlövhəli məqalə yerləşdirilib.

Məqalənin müəllifi Cənubi Koreyanın Donqduk Qızlar Universitetinin professoru, bu ali təhsil ocağının nəzdindəki Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, professor Oh Eun-kyunqdur. “Dağlıq Qarabağ” adının etimoloji baxımdan Azərbaycan dilinə aid olduğu bildirilən məqalədə 1813-cü il “Gülüstan” və 1828-ci il “Türkmənçay” müqavilələri ilə Azərbaycanın şimal hissəsinin Rusiya...

02
Oktyabr

2 Oktyabr

Almaniyanın nüfuzlu “freitag.de” informasiya-analitik portalında məşhur siyasi icmalçı Mark Lambsdorfun “PKK silahlıları Dağlıq Qarabağ münaqişəsində” sərlövhəli məqaləsi dərc edilib.

məqalədə son günlər Ermənistan tərəfindən Suriya və İraqdan Kürd İşçi Partiyasının (PKK) terrorçularının Azərbaycanın işğal edilmiş ərazilərinə, o cümlədən Dağlıq Qarabağ regionuna gətirilməsi barədə həyəcanlı xəbərlər alınmasından bəhs edilir.

Livandan, Suriya və İraqdan olan erməni mənşəli köçkünlərin işğal edilmiş torpaqlarda qeyri-qanuni məskunlaşdırılması yolu ilə demoqrafik mənzərənin süni...

02
Oktyabr

2 Oktyabr

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin aparıcı “Adnkronos” xəbər agentliyinə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı müsahibə verib.

Diplomat müsahibədə hazırkı toqquşmaların dayandırılmasının yeganə yolunun Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən təcili və qeyd-şərtsiz çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması olduğunu və başqa həll yolunun olmadığını bildirib.

M.Əhmədzadə xatırladıb ki, Azərbaycan 3 gün deyil, 30 ildir ki, müharibədədir və Ermənistanın siyasi, hərbi rəhbərliyi...

02
Oktyabr

2 Oktyabr

Geosiyasət, beynəlxalq münasibətlər və təhlükəsizlik sahəsində İspaniyanın tanınmış araşdırmalar institutlarından biri sayılan “Quijote Globe” beyin mərkəzi Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmovdan müsahibə alıb.

Müsahibə zamanı “Quijote Globe” beyin mərkəzinin baş redaktoru Nunyo Rodriges səfir A.Məhərrəmova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti, o cümlədən son həftə ərzində Ermənistanın təxribatyönümlü addımlarına Azərbaycanın münasibəti, habelə bu məsələyə beynəlxalq ictimaiyyətin mövqeyi barədə suallar...

02
Oktyabr

2 Oktyabr

Estoniyanın "Eesti päevaleht" portalında Azərbaycan Respublikasının bu ölkədəki səfiri Murad Nəcəfbəylinin Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı məqaləsi dərc edilib.

Məqalədə cari ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozduğu, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya...

02
Oktyabr

2 Oktyabr

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Mahir Əliyev “İ24NEWS Arabic” televiziya kanalına Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı ilə bağlı müsahibə verib.

Diplomatımız Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisinin olduğu, ölkəmizin 20 faiz ərazisinin erməni hərbi birləşmələri tərəfindən işğal edildiyi, təcavüzkar ölkə tərəfindən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilmədiyini diqqətə çatdırıb. Əlavə edib ki, Ermənistan nəinki Dağlıq Qarabağı, həmçinin ona bitişik 7 rayonu da zəbt edib. O vurğulayıb ki, indi...

02
Oktyabr

2 Oktyabr

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi sosial şəbəkə hesablarından Ermənistanın işğalçılıq siyasəti və davamlı təxribatlarının daha da intensivləşməsi nəticəsində iki ölkə arasındakı mövcud gərginliyin hərbi qarşıdurma vəziyyətinə gəlməsi barədə paylaşımları Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Anadolu agentliyi, “Sabah”, “Yeni şəfəq”, “Təqvim”, "Haber7" və digər populyar...

02
Oktyabr

2 Oktyabr

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Ukraina-24” telekanalının xəbərlər proqramının canlı efirində Ermənistanın işğalçılıq siyasəti, bu ölkənin ordusunun Azərbaycanın mülki şəxslərini qətlə yetirməsi, Silahlı Qüvvələrimizin uğurlu əks-həmləsi barədə geniş məlumat verib.

Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Ukrayna dövlətinə təşəkkürünü bildirən F.Muradov Ermənistan ordusunun Azərbaycan ərazisində genişmiqyaslı təxribatlar törətdiyini qeyd edib. Bildirib ki, bu təxribatlar nəticəsində Azərbaycanın mülki şəxsləri, hərbçiləri arasında onlarla insan həlak olub. Sözsüz ki, beynəlxalq...

02
Oktyabr

2 Oktyabr

Dağlıq Qarabağda gərginləşən qarşıdurmada Macarıstanın mövqeyi Azərbaycanı dəstəkləməkdən ibarətdir.

Bu barədə Avropa İttifaqının “Euractiv” internet-nəşri yazır.

Nəşrdə bildirilir ki, Macarıstan XİN-in bəyanatında deyilir: “Sakinləri arasında ermənilərin sayca üstünlük təşkil etdiyi Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri hüdudunda yerləşir və Macarıstan beynəlxalq hüququn ümumi prinsipi kimi dövlətlərin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”.

İnternet-portalda Macarıstan XİN-in bəyanatından “Macarıstan Ermənistan-Azərbaycan münaqişəsinin genişləndiyi zonada gərginliyin azaldılmasına və münaqişənin ATƏT-in...

02
Oktyabr

2 Oktyabr

Serbiyanın nüfuzlu “Tanjug” xəbər agentliyi, “Danas” qəzeti və “RTV” xəbər agentlinin internet portalında “Azərbaycanın həyata keçirdiyi bütün tədbirlər özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindədir - Qarabağ Azərbaycandır” başlıqlı məqalələr dərc edilib.

Məqalələrdə Ermənistan XİN-in bölgədə yaşanan son gərginlikdə guya ki, Türkiyənin tərəf kimi iştirak etməsi ilə bağlı verdiyi açıqlamaların yalan və təxribat xarakteri daşıdığı bildirilib.

Qeyd edilib ki, cari ilin 27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələri...

02
Oktyabr

2 Oktyabr

Misirin “Embassies.com” saytında tanınmış tədqiqatçı-jurnalist Məhəmməd Səlamənin “Azərbaycan və Ermənistan arasındakı müharibədə qüsurlu balanslaşdırma siyasəti” sərlövhəli məqaləsi yer alıb.

M.Səlamə Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün apardığı müqəddəs Vətən müharibəsində Türkiyənin verdiyi birmənalı dəstəyin bəzi dövlətləri narahat etməsinin təəccüb doğurduğunu diqqətə çatdırıb. O yazıb: “Biz hesab edirdik ki, beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin, Avropa İttifaqının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının qəbul etdiyi qərarlar...

02
Oktyabr

2 Oktyabr

İtaliyanın nüfuzlu “Corriere Della Sera” qəzetinə bağlı məşhur “Euractiv” portalının italyan versiyasında Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vincellinin “Dağlıq Qarabağ: Qafqazın Alto Adicesi” sərlövhəli məqaləsi dərc olunub.

Daniel Pommier məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə vaxtilə Avstriya ilə İtaliya arasında mövcud olmuş Cənubi Tirol/Alto Adice münaqişəsini müqayisəli təhlil edərək, ukronik üslub vasitəsilə italyan oxucularını 90-cı illərin əvvəllərindəki İtaliyaya aparır və problemi italyan oxucusuna anlatmağın...

02
Oktyabr

2 Oktyabr

Qırğızıstanın “manas.kg”, “24.kg” portalları və “Veçerniy Bişkek” qəzeti Ermənistanın Azərbaycana qarşı təxribatları, Silahlı Qüvvələrimizin əks hücumları barədə materiallar yayıb.

Materiallarda sentyabrın 27-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə hücumu və ordumuzun əks-hücumu haqqında ətraflı məlumat yer alıb. Bildirilib ki, Ermənistan ordusu əsasən Azərbaycanın mülki obyektlərini, kəndlərini və dinc sakinləri hədəfə alıb. Tərtər, Ağdərə, Füzuli istiqamətindəki kəndlərdə xeyli dağıntı, dinc...

02
Oktyabr

2 Oktyabr

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın nüfuzlu “FAKTİ” xəbər portalına Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzü ilə bağlı müsahibə verib.

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini atəşə tutmasından bəhs edən N.Qurbanova Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı...

02
Oktyabr

2 Oktyabr

Çilinin "infogate.cl" saytında dərc olunan "Dağlıq Qarabağ münaqişəsi: Ermənistanın cəzasızlıq sindromu ilə necə başa çıxmalı" başlıqlı məqalədə iyul ayında Ermənistan-Azərbaycan sərhədində münaqişənin genişlənməsi, həmçinin sentyabrın 27-də qoşunların təmas xətti boyunca Ermənistan silahlı qüvvələrinin irimiqyaslı təxribatı ilə əlaqədar, Azərbaycan ordusu tərəfindən aparılan əks-hücum əməliyyatları barədə məlumatlar təqdim olunub.

Məqalədə qeyd edilir ki, Azərbaycanın iri əraziləri - Dağlıq Qarabağın bütün ərazisi və ona bitişik yeddi rayon (Laçın, Kəlbəcər,...