01
Oktyabr

1 Oktyabr

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın ilk özəl televiziya kanalı olan “BTV”nin “Bu səhər” verilişinə müsahibə verib. Müsahibə sözügedən kanalın internet səhifəsində də paylaşılıb.

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycanın mövqelərini atəşə tutmasından bəhs edən N.Qurbanova Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin...

01
Oktyabr

1 Oktyabr

Perunun bir sıra nüfuzlu KİV-lərində (“Prensa 21”, “La Razon”, “Federación de Periodistas del Perú”) Azərbaycan tərəfinin verdiyi məlumatlara istinadən, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisi və hərbi mövqelərinə qarşı genişmiqyaslı hücum başlatması barədə məqalələr dərc edilib.

Yazılarda bu hücumların mülki əhali və hərbi qulluqçular arasında itkilərə...

01
Oktyabr

1 Oktyabr

İndoneziyanın medium.com saytı “İndoneziya hökuməti Ermənistanla diplomatik münasibətlərə niyə yenidən baxmalıdır?” başlıqlı məqalə yayıb.

Məqalənin müəllifi İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Təşkilatının Baş katibi xanım Astrid Nadya Rizqitadır.

Müəllif məqaləsini “Prezident Coko Vidodo bu il BMT Baş Assambleyasının müzakirələri çərçivəsində çıxışı zamanı təşkilatın fəaliyyət göstərdiyi 75 il ərzində əldə etdiyi nailiyyətlərlə yanaşı, çoxtərəfliliyin, sülhün, Fələstinin timsalında müstəqillik uğrunda mübarizə aparan ölkələrə dəstəyin, pandemiya ilə mübarizədə beynəlxalq...

01
Oktyabr

1 Oktyabr

Misirin “Vətən sözü” informasiya portalı Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun Azərbaycanla Ermənistan arasında döyüşlərin səbəbləri barədə bəyanatını yayıb.

Bəyanatda Dağlıq Qarabağın mübahisəli ərazi olmadığı, Azərbaycanın bütün dünya tərəfindən qəbul edilmiş hüdudları daxilində əzəli torpağımız olduğu diqqətə çatdırılır. Artıq 30 ilə yaxındır ki, Ermənistan Qarabağı və onun ətrafındakı 7 rayonu işğal altında saxlayır. Təcavüzkar ölkə qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən...

01
Oktyabr

1 Oktyabr

“Al Jazeera” televiziya kanalı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər barədə reportaj hazırlayıb.

Reportajda 30 ilə yaxındır davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, bu münaqişə nəticəsində qaçqın və məcburi köçkün şəraitində yaşayan insanların öz doğma yurdlarına qayıtmaq ümidlərindən söhbət açılır.

Jurnalist Sinəm Köseoğlunun hazırladığı reportajda o, Azərbaycanın Füzuli rayonundan olan məcburi köçkünlərdən biri ilə görüşüb və onunla söhbət edib. Məcburi köçkün Məmməd Muradov...

01
Oktyabr

1 Oktyabr

Almaniyanın “Nex24.news” portalında “BMT: Ermənistan qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır” adlı məqalə dərc edilib.

Almaniyada yaşayan azərbaycanlı alim Asif Məsimovun müəllifi olduğu məqalədə Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi ilə nəticələnən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs olunur. Müəllif alman oxucularına bu il sentyabrın 27-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində döyüşlərin başladığını, nəticədə Azərbaycan tərəfdən mülki şəxslərin həlak olduğunu xatırladır. O qeyd edir ki, hakimiyyətə...

01
Oktyabr

1 Oktyabr

Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları nəticəsində bölgədə yaranmış gərgin vəziyyət Türkiyənin bütün kütləvi informasiya vasitələrinin əsas xəbərinə çevrilib. Prezident İlham Əliyevin bütün fəaliyyəti, o cümlədən görüş, çıxış və müsahibələri qardaş ölkə KİV-ləri tərəfindən geniş işıqlandırılır. Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan...

01
Oktyabr

1 Oktyabr

İspaniyanın böyük oxuyucu kütləsinə malik “Patrimonio Actual” elektron portalında sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycanın mövqelərini iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutmaqla ölkəmizə qarşı növbəti təcavüzə əl atması kəskin şəkildə qınanıb.

Məqalədə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı nəticəsində mülki əhalinin məqsədli şəkildə hədəf seçildiyi, işğalçı ölkənin növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti...

01
Oktyabr

1 Oktyabr

Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Dağlıq Qarabağın Azərbaycana məxsus olması beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələrdə birmənalı olaraq təsdiqlənib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunur.

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova bu fikirlərini “Ukraina-24” telekanalının xəbərlər proqramında ifadə edib.

Səfir qeyd edib ki, yalnız...

01
Oktyabr

1 Oktyabr

“Al Jazeera” telekanalının saytında İranın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı ölkənin yüksək səviyyəli rəsmisinin fikirlərinin yer aldığı məqalə dərc edilib.

Məqalədə İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaeziyə istinadla rəsmi Tehranın həmişə qonşu Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və ona hörmət etdiyi bildirilir. İran rəsmisi ölkəsinin Ermənistana silah və hərbi texnika göndərməsi barədə yayılan xəbərləri də təkzib edib. O əlavə edib ki, bu, İranla Azərbaycan arasındakı münasibətlərə...

01
Oktyabr

1 Oktyabr

Almaniyanın “freitag.de” portalında Asif Məsimovun müəllifi olduğu “Azərbaycanda müharibə: Ermənistan qoşunları geri çəkilməlidir” sərlövhəli məqalə dərc olunub.

Məqalədə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribat həyata keçirdiyi bildirilir. Təmas xəttində hərbi əməliyyatların aktivləşməsində Ermənistanın baş naziri Nikol Paşinyanın son zamanlar etdiyi təxribatçı hərəkətlərin də böyük rol oynadığı bildirilir. Qeyd olunur ki, Nikol Paşinyan hakimiyyətə gələndən etibarən mütəmadi şəkildə Bakının qəzəbinə səbəb olan...

01
Oktyabr

1 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın hərbi təxribatları ilə bağlı “Al Arabiya” kanalına müsahibə verib.

Prezidentin köməkçisi müsahibəsində Ermənistanın Yaxın Şərq ölkələrindəki muzdlu və hərbçiləri Ermənistan-Azərbaycan münaqişəsi zonasına cəlb etməsi, terror təşkilatlarının Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi, Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları və Azərbaycan dövlətinin özünün suveren ərazisini müdafiə etməsi barədə danışıb.

Hikmət Hacıyev Azərbaycanın dəfələrlə Ermənistan tərəfinin Yaxın...

01
Oktyabr

1 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin “Walla” xəbər portalına müsahibəsində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü barədə danışıb.

Prezidentin köməkçisi müsahibəsində İsrail-Azərbaycan əlaqələrinə, xüsusilə də uğurlu hərbi əməkdaşlığa, ticarət tərəfdaşlığına da toxunub. “Biz bir çox sahələrdə əməkdaşlıq edirik. Biz əlaqələrimizi, eləcə də hərbi əməkdaşlığımızı yüksək qiymətləndiririk”, - deyə Hikmət Hacıyev qeyd edib.

01
Oktyabr

1 Oktyabr

Bu günlərdə Böyük Britaniyanın “The Times” qəzetində guya Türkiyənin Ermənistan silahlı qüvvələri ilə döyüşmək üçün Azərbaycana muzdlu əsgərlər göndərməsi ilə bağlı reallığı əks etdirməyən informasiya dərc olunub. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin həmin qəzetdə bu qərəzli informasiya ilə əlaqədar cavab məktubu dərc olunub. Səfir həmin informasiyanın müəllifinə yazır:

“Sizin xəbəriniz reallığı əks etdirmir. Özünün yüksək ixtisaslı və lazımi səviyyədə təchiz olunmuş Silahlı Qüvvələri olduğu halda, Azərbaycan başqa bir...

01
Oktyabr

1 Oktyabr

Almaniyanın “nex24.news” portalında azərbaycanlı ekspert Asif Məsimovun müəllifliyi ilə “Azərbaycan və Ermənistanın arqumentləri” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektlərinə nəzər salınır, bölgənin həmişə Azərbaycanın tərkib hissəsi olduğu vurğulanır.

Yazıda Dağlıq Qarabağın Ermənistana məxsus olması ilə bağlı erməni tərəfinin arqumentləri sadalanır və tarixi faktlara əsaslanaraq onların həqiqətə uyğun olmadığı sübuta yetirilir. Diqqətə çatdırılır ki, “Dağlıq Qarabağ xalqı” heç zaman mövcud olmayıb və...

01
Oktyabr

1 Oktyabr

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin nüfuzlu AGİ xəbər agentliyinin jurnalisti Titti Qiammettaya müsahibəsi bu agentlik tərəfindən dərc olunub.

Diplomat müsahibəsində sentyabrın 27-də səhər saatlarından başlayaraq Azərbaycanın yalnız hərbi mövqelərinin deyil, eyni zamanda, mülki yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələrinin hücumlarına məruz qaldığını bildirib. Bu xüsusda, hazırda Azərbaycan Ordusunun apardığı əməliyyatlar özünümüdafiə hüququ çərçivəsində cavab tədbirləridir. “Məhz Ermənistanın ordusunun belə bir hücumu nəticəsində iki uşaq da daxil olmaqla...

01
Oktyabr

1 Oktyabr

Monteneqronun “Skalaradio” və “Bosnjaci” xəbər portallarında Ermənistan silahlı qüvvələrinin cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisinə və hərbi mövqelərinə qarşı genişmiqyaslı hücumu nəticəsində yaranmış vəziyyətlə bağlı məqalələr dərc olunub.

Məqalələrdə Ermənistanın hazırkı siyasi hakimiyyətinin davamlı və ardıcıl olaraq bölgədə vəziyyətin gərginləşməsinə xidmət edən və münaqişənin nizamlanmasına zərbə vuran təxribatçı bəyanatları barədə məlumat verilir. Baş nazir Nikol Paşinyanın...

01
Oktyabr

1 Oktyabr

Özbəkistanın “human.uz” və “interpress.uz” portallarında Ermənistanın Azərbaycana qarşı təxribatları barədə rus dilində məqalələr dərc olunub.

Məqalələrdə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistan silahlı qüvvələrinin hərbi təxribatını pislədiyi və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun olaraq Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz çıxmasına çağırdığı bildirilir.

Qeyd olunur ki, İƏT Ermənistanın Azərbaycana təcavüzünü və hadisələrin gedişini diqqətlə izləyir. Təşkilat Ermənistan Ordusu tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin və mülki əhalinin atəşə tutulmasından...

01
Oktyabr

1 Oktyabr

İndoneziya Ermənistan və Azərbaycan arasında hərbi qarşıdurmanın BMT Təhlükəsizlik Şurasının (TŞ) müvafiq qətnamələrinə əsasən həllinə tərəfdardır və tərəfləri silahlı qarşıdurmanı dayandırmağa çağırır.

Bu barədə İndoneziya Xarici İşlər Nazirliyinin oktyabrın 1-də rəsmi “Twitter” səhifəsində yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir: “İndoneziya hər iki tərəfi təmkin nümayiş etdirməyə, atəşkəs rejiminə əməl etməyə, dialoqa şərait yaratmağa və münaqişəni BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və beynəlxalq hüquqa uyğun həll etməyə çağırır”.

Sənəddə, həmçinin Azərbaycan...

01
Oktyabr

1 Oktyabr

Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinin və əsasız iddialarının bədəlini ödəyir. Təcavüzkar Ermənistanın təxribat xarakterli hücumları nəticəsində bölgədə yaranmış hərbi qarşıdurmanın bütün məsuliyyətini bu ölkənin rəhbərliyi daşıyır.

Bu fikirlər Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimin bu ölkədə aparıcı kütləvi informasiya vasitələrində (Haberler.com) yer alan açıqlamalarında əksini tapıb.

“A HABER”, “TRT AVAZ”, “HABER GLOBAL” telekanalları, “Anadolu”, DHA xəbər agentlikləri, “Milliyyət”, “Hüriyyət” qəzetləri və digər mətbu...

01
Oktyabr

1 Oktyabr

Gürcüstanın nüfuzlu report.ge portalı Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Ermənistan silahlı qüvvələri torpaqlarımızdan çıxarıldıqdan sonra sülh danışıqlarına başlamaq olar” adlı məqaləsini dərc edib.

report.ge, 24news.ge, newsday.ge, interpressnews.ge xəbər portallarında Ermənistan silahlı qüvvələrinin cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisinə və hərbi mövqelərinə qarşı genişmiqyaslı hücumu nəticəsində yaranmış vəziyyət, eləcə də Azərbaycan rəsmilərinin bəyanatları və Azərbaycan...

01
Oktyabr

1 Oktyabr

Almaniyanın tanınmış “Der Freitag” həftəlik qəzeti “PKK muzdlu döyüşçüləri Dağlıq Qarabağ münaqişəsində” sərlövhəli məqalə dərc edib.

Məqalədə Ermənistanın Suriya və İraqdan PKK terrorçularını işğal altında saxladığı Dağlıq Qarabağa yerləşdirdiyinə dair həyəcanverici məlumatların olduğu bildirilir. Müəllif qeyd edir ki, Livan, Suriya və İraqdan erməni əsilli qaçqınları işğal olunmuş ərazilərdə yerləşdirməklə burada demoqrafik vəziyyətin dəyişdirilməsi nə qədər qanunsuz olsa da, bu, məsələnin bir tərəfidir. Lakin ABŞ və Avropa İttifaqı da daxil...