02
Oktyabr

2 Oktyabr

Xarici media

Ermənistanın hərbi təxribatları nəticəsində bölgədə yaranmış gərgin qarşıdurma Türkiyənin bütün kütləvi informasiya vasitələrinin aktual mövzusu olaraq qalmaqdadır. Azərbaycan Silahlı Qüvvələrinin cəbhə boyu göstərdiyi rəşadətlə bağlı bol-bol video və foto paylaşan KİV-lər Ermənistan ordusunun dinc Azərbaycan əhalisinə qarşı vəhşi hücumlarına dair faktları da təqdim edirlər.

Anadolu, İHA, DHA xəbər agentlikləri, TRT HABER, A HABER, HABER TÜRK, NTV, CNN Turk, HABER GLOBAL, TRT WORLD və digər telekanallar operativ məlumatları və müəllif proqramları ilə tamaşaçıları məlumatlandırırlar.

Müzakirələrdə “Hərbi qarşıdurma nə vaxt bitər” sualına cavab axtaran jurnalistlər ilə ekspertlər arasında qızğın müzakirələr müşahidə olunur. Xarici ekspertlər də daxil olmaqla araşdırmaçıların fikri yekdildir: bölgəyə sülh gəlməsi üçün Ermənistanın işğalçı qoşunu Azərbaycandan çıxmalıdır. Bu Azərbaycan dövlətinin və xalqının beynəlxalq hüquqa əsaslanan dəyişməz mövqeyidir.

“Sabah”, “Türkiyə”, “Hüriyyət”, “Yeni şafak” və digər aparıcı, həmçinin yerli regional qəzetlər və xəbər portallarında mövzu ilə bağlı çox sayda xəbərə rast gəlmək mümkündür.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.