Xarici media
Dağlıq Qarabağda gərginləşən qarşıdurmada Macarıstanın mövqeyi Azərbaycanı dəstəkləməkdən ibarətdir.
Bu barədə Avropa İttifaqının “Euractiv” internet-nəşri yazır.
Nəşrdə bildirilir ki, Macarıstan XİN-in bəyanatında deyilir: “Sakinləri arasında ermənilərin sayca üstünlük təşkil etdiyi Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri hüdudunda yerləşir və Macarıstan beynəlxalq hüququn ümumi prinsipi kimi dövlətlərin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”.
İnternet-portalda Macarıstan XİN-in bəyanatından “Macarıstan Ermənistan-Azərbaycan münaqişəsinin genişləndiyi zonada gərginliyin azaldılmasına və münaqişənin ATƏT-in Minsk qrupu formatı çərçivəsində danışıqlar yolu ilə həllinə çağırır” sözlərini sitat gətirilir.