02
Oktyabr

2 Oktyabr

Xarici media

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov bu ölkənin “TV Berlin” telekanalına Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı son hərbi təxribatları barədə geniş müsahibə verib.

Müsahibədə diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi-hüquqi aspektləri, Azərbaycan tərəfinin münaqişənin həlli ilə bağlı mövqeyi, Ermənistanın son təxribatları, mövcud vəziyyətdə xarici ölkələrin, o cümlədən Rusiya, Türkiyə, Almaniyanın tutduqları mövqe, ATƏT-in Minsk qrupu çərçivəsində gedən danışıqların səmərə verməməsi və sair barədə yerli ictimaiyyəti məlumatlandırıb.

Münaqişənin Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları nəticəsində yarandığını bildirən səfir qeyd edib ki, problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. R.Həsənov, eyni zamanda, Ermənistan baş nazirinin hakimiyyətə gəlməsindən sonra Azərbaycana qarşı həyata keçirilən təxribatlardan, o cümlədən qondarma “respublikada” “prezident və parlament seçkiləri”nin keçirilməsindən, bəzi inzibati binaların Azərbaycanın qədim şəhəri və mədəniyyət mərkəzi olan Şuşaya köçürüləcəyinin elan edilməsindən, habelə Suriya və Livandan erməni əsilli şəxslərin işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırılmasından danışıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.