02
Oktyabr

2 Oktyabr

Xarici media

Elmira Axundova “Ukraina-24” telekanalına müsahibə verib

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bildirib ki, Ermənistan ordusunun təxribatı nəticəsində azərbaycanlı mülki şəxslər arasında itkilər var. Bu itkilərin sayı hər gün artır, çünki Ermənistan ordusu Azərbaycanın mülki obyektlərini, evləri hədəf götürür.

Jurnalistin cəbhədə son vəziyyətə dair sualını cavablandıran Elmira Axundova qeyd edib ki, Azərbaycan Ordusu əks-həmlə əməliyyatlarını uğurla davam etdirir. Ermənistan tərəfdən xarici muzdlu hərbçilərin döyüşdüyünü vurğulayan səfir bildirib ki, bununla bağlı kifayət qədər faktlar mövcuddur.

“Ermənistan nəinki bu gün, birinci Qarabağ savaşında da terrorçulardan və xaricdən gətirilən muzdlu hərbçilərdən istifadə edib. Bu gün də onlar ASALA, PKK və digər təşkilatların terrorçularını döyüşlərə cəlb ediblər. Bununla bağlı kifayət qədər videokadrlar mövcuddur. Ona görə də Azərbaycanda təkcə öz ərazi bütövlüyü uğrunda Vətən müharibəsi getmir, biz, həmçinin antiterror əməliyyatları həyata keçiririk”, - deyə səfir əlavə edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.