Zəfərin yolu
Ön xəttə Azərbaycan ordusunun həmlələri qarşısında tab gətirməyən düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanların evlərini artilleriya atəşinə tutmaqda davam edir.
Noyabrın 1-də Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Qapanlı, Əskipara, Səhləabad kəndləri növbəti dəfə Ermənistan silahlı qüvvələrinin bölmələrinin intensiv artilleriya atəşinə məruz qalıb. Nəticədə evlərə və infrastruktura ziyan dəyib.
Tərtər rayonunda məcburi köçkünlər üçün salınan yaşayış kompleksindən fotoları təqdim edirik.
Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müvəqqəti xüsusi idarəetmənin yaradılacağı barədə məlumat yayıb.
Məlumatda xəbər verilir ki, işğaldan azad edilən hər bir rayonda müvəqqəti xüsusi idarəetməni həyata keçirəcək komendantlıq yaradılacaq və ona rəhbərlik edəcək komendant Daxili İşlər Nazirliyi tərəfindən təyin olunacaq.
Bununla yanaşı, komendantın öz fəaliyyətini Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə əlaqələndirəcəyinin sənəddə öz...