Zəfərin yolu
İşğalçı Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Bunun nəticəsində mülki obyektlərə, dinc əhalinin, eləcə də dövlət əmlakına külli miqdarda ziyan vurulub.
Düşmənin artilleriya atəşi nəticəsində Ağcabədi rayonunun Hindarx qəsəbəsində, Göyük, Hacılar, Minəxorlu, Arazbar,...
Moldovanın nüfuzlu “timpul.md” portalında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistan ordusunun təxribatları ilə bağlı bəyanatında səsləndirdiyi fikirlərə geniş yer ayrılıb.
Məqalədə H.Hacıyevin fikirlərinə istinadla yazılır: “Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata...