• Media
01
Oktyabr

1 Oktyabr

Yerli media

Erməni hərbçilərinin müharibə cinayətləri: Tərtərdə onlarla ev, ticarət və iaşə obyektləri dağıdılıb (Azərtac)

Ermənistan silahlı qüvvələri Tərtərdə rayon mərkəzini, qəsəbə və kəndləri, mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Oktyabrın 1-də düşmənin artilleriya atəşi nəticəsində Tərtər şəhərində, rayonun Şıxarx qəsəbəsində, məcburi köçkünlər üçün salınan yaşayış kompleksində, Yuxarı Qapanlı, Əskipara, Seydimli kəndlərində evlərə ciddi ziyan dəyib.

Həmçinin infrastruktura, kənd təsərrüfatı texnikalarına ziyan dəyib, mal-qara tələf olub.

01
Oktyabr

1 Oktyabr

Xarici media

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın ilk özəl televiziya kanalı olan “BTV”nin “Bu səhər” verilişinə müsahibə verib. Müsahibə sözügedən kanalın internet səhifəsində də paylaşılıb.

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycanın mövqelərini atəşə tutmasından bəhs edən N.Qurbanova Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin...