Zəfərin yolu
Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir.
Düşmən oktyabrın 7-də gecə saatlarından başlayaraq rayonun işğal altında olmayan yaşayış məntəqələrini intensiv atəşə tutub. Nəticədə Xındırıstan kənd sakini 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak olub, vətəndaşlara məxsus 1 ev dağılıb,...
Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri müxtəlif kütləvi informasiya vasitələrində çıxış edərək, Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı təxribatları və Vətənimizdə baş verən son hadisələr barədə ətraflı məlumatlar verməyə çalışırlar.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Niderlanddakı “Life24” internet kanalının “Hollanda gündəmi” proqramına telefonla qoşulan Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov və Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev...
Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Ermənistan ordusunun Azərbaycana qarşı son təxribatları barədə növbəti veriliş yayımlanıb.
verilişin aparıcıları Kazuyasu İşida və Yasuhiro İşibaşi artıq 10 gündür davam edən və bütün dünya mətbuatının diqqətini özünə çəkən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışıblar. Beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağ bölgəsinin illərdir Ermənistan ordusu tərəfindən işğal altında...