01
Noyabr

1 Noyabr

Yerli media

Tərtər rayonunun yaşayış məntəqələri artilleriya atəşinə tutulub (Azərtac)

Ön xəttə Azərbaycan ordusunun həmlələri qarşısında tab gətirməyən düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanların evlərini artilleriya atəşinə tutmaqda davam edir.

Noyabrın 1-də Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Qapanlı, Əskipara, Səhləabad kəndləri növbəti dəfə Ermənistan silahlı qüvvələrinin bölmələrinin intensiv artilleriya atəşinə məruz qalıb. Nəticədə evlərə və infrastruktura ziyan dəyib.

Tərtər rayonunda məcburi köçkünlər üçün salınan yaşayış kompleksindən fotoları təqdim edirik.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.