Zəfərin yolu
Ön xəttə Azərbaycan Ordusunun həmlələri qarşısında tab gətirməyən düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanların evlərini xaincəsinə artilleriya atəşinə tutur. Cəbhə bölgəsində yerləşən digər rayonlarda olduğu kimi, Tərtər rayonunda da yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki şəxslərdən ölən və yaralananar olub, evlərə, infrastruktura ciddi ziyan dəyib.
İlkin məlumata görə, Tərtər şəhərində və rayonun kəndlərində...
“Euronews” saytında “Dağlıq Qarabağ: gərginliyin yeni mərhələsi” sərlövhəli məqalə dərc edilib.
Məqalədə Aİ üzvü olan ölkələrin xarici siyasət idarələrinin rəhbərlərinin oktyabrın 12-də keçirilməsi nəzərdə tutulan görüşündən bəhs edilir. Həmin görüşdə Dağlıq Qarabağ münaqişəsinin Ermənistan və Azərbaycan XİN başçılarının Moskvada keçirilmiş söhbətlərinin yekunlarına əsasən, humanitar atəşkəs haqqında bağlanmış saziş nəzərə alınmaqla müzakirə edilməsi nəzərdə tutulur.
Məqalədə vurğulanır ki, qarşıdurma vəziyyətində olan tərəflər həmin razılaşmanın pozulmasına görə bir-birini...