• Media
21
Oktyabr

21 Oktyabr

Yerli media

Klaudiyo Missiyeqo: Dinc əhaliyə qarşı törədilən cinayətlər barbarlıqdır (Azərtac)

Dinc əhaliyə qarşı törədilən cinayətlər barbarlıqdır.

Bu sözləri televiziya proqramlarının hazırlanması üzrə tanınmış “Grupo Secuya” şirkətinin nümayəndəsi Klaudiyo Missiyeqo bildirib.

Klaudiyo Missiyeqo deyib: “Gəncə şəhərində dinc əhaliyə qarşı müharibə cinayətlərinin törədilməsindən dərin təssüf hissi keçirirəm. Ümidvaram ki, Azərbaycanın mülki əhalisinə qarşı bu cür cinayətlər bir daha təkrar olunmayacaq”.

21
Oktyabr

21 Oktyabr

Xarici media

Almaniyanın “Deutsche Welle” telekanalında “Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb” adı ilə reportaj yayımlanıb.

Reportajda Qarabağ uğrunda gedən döyüşlərin ətraf ərazilərdə getdikcə daha çox mülki şəxsi əhatə etdiyi bildirilir. Telekanalın müxbiri Yulia Hahn Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən hazırladığı reportajda oktyabrın 17-nə keçən gecə raket atəşi nəticəsində dağılan yaşayış massivinə baş çəkib. Alman jurnalist raket zərbəsindən məhv olmuş məhəllədə dağılan evlərin qalıqları arasında...