Zəfərin yolu
Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müvəqqəti xüsusi idarəetmənin yaradılacağı barədə məlumat yayıb.
Məlumatda xəbər verilir ki, işğaldan azad edilən hər bir rayonda müvəqqəti xüsusi idarəetməni həyata keçirəcək komendantlıq yaradılacaq və ona rəhbərlik edəcək komendant Daxili İşlər Nazirliyi tərəfindən təyin olunacaq.
Bununla yanaşı, komendantın öz fəaliyyətini Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə əlaqələndirəcəyinin sənəddə öz...
Misirin “Alwasela” qəzeti, “Almasryalyoum”, “Garbnews” və “Aldiplomasy” portalları və “Asiaelyoum” informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsindən əsas məqamları yayıblar.
Xəbərlər “Azərbaycan Prezidenti: Qarabağ bizim üçün ədalət, qürur və beynəlxalq hüquq məsələsidir” sərlövhəsi ilə yerləşdirilib. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı alman müxbirin Qarabağın nəyə görə xalqımız üçün önəmli olduğu sualına cavabında deyib: “Elzas və Lataringe sizin...
“Amnesty International” Beynəlxalq hüquq müdafiə təşkilatı ilk dəfə olaraq etiraf edib ki, Ermənistan silahlı qüvvələri dünyanın bir çox ölkələrində qadağan olunmuş kasetli döyüş sursatlarından istifadə edir.
Rusiyanın “utro.ru” nəşrində dərc edilmiş material bu barədədir.
Nəşrdə göstərilir ki, “Amnesty International”-ın verdiyi məlumata görə oktyabrın sonlarında Azərbaycanın Bərdə şəhərində yaşayış məhəllələri atəşə tutularkən, Yerevan kasetli döyüş sursatlarından istifadə edib.
Hüquq müdafiəçiləri amerikanın “Vice News” nəşrində dərc olunmuş...
Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov İSNA xəbər agentliyinin saytına müsahibə verib.
Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair aktuallıq kəsb edən sualları cavablandırıb. Qeyd olunub ki, Qarabağ müharibəsi separatizm ilə başlayıb və Azərbaycanın erməni əsilli vətəndaşları xarici ölkələr tərəfindən aqressiv separatizmə təşviq olunub. Nəticədə Azərbaycan 30 min şəhid verib, eləcə də bir milyona yaxın Azərbaycan vətəndaşı öz doğma yurd-yuvalarından qovulub.
Diplomat vasitəçilik mandatı almış həmsədrlərin fəaliyyətinə...
“Reuters” agentliyinin yaydığı məqalədə Livan erməniləri kütləvi şəkildə muzdlular qismində Azərbaycana qarşı döyüşlərə cəlb olunması yer alıb.
Məqalədə deyilir ki, Livandakı maliyyə böhranı Vartkes adlı ermənini bu yay Ermənistana getməyə məcbur edəndə, o, heç Dağlıq Qarabağda döyüşəcəyini ağlına gətirmirdi.
Ermənistan Müdafiə Nazirliyinin rəsmisi diaspordan bir çoxunun (dəqiq rəqəm göstərmədən) döyüşlərə getmək üçün müraciət etdiyini söyləyib. Yerli təlimatçı deyib ki, Argentina və ABŞ kimi uzaq ölkələrdən...
Ölkəmizin işğalda olan Kəlbəcər bölgəsindən olan Azərbaycanın Serbiyadakı səfirliyinin üçüncü katibi Elvin Əlizadə Serbiyanın “RTS 1” dövlət televiziyasının “Oko Magazin” verilişinə yerli dildə müsahibə verib.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları cavablandıran E.Əlizadə müsahibəsində bir diplomat kimi deyil, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində məcburi köçkün düşmüş bir insan kimi çıxış etdiyini bildirib. Əslən Dağlıq Qarabağın ətraf rayonu, Azərbaycanın gözəl bölgələrindən biri - Kəlbəcər şəhərindən olduğunu, cəmi iki yaşında...
Amerikanın “CBS” kanalı San-Fransiskodakı azərbaycanlı icma üzvlərinin erməni təcavüzünə və Azərbaycan ərazilərinin işğalına qarşı nümayişi barədə söhbət açıb.
Süjetdə münaqişə zonasında sentyabrın 27-də döyüşlərin yenidən başlanması və indi hər iki icmanın təmsilçilərinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki münaqişə haqqında ictimaiyyəti məlumatlandırmaq uğrunda mübarizə aparmaları barədə bildirilir. Bu münaqişə San-Fransiskoda “söz davası”na çevrilib.
Azərbaycan icmasının nümayəndələri ictimaiyyətin diqqətini çəkmək və hadisələrin birtərəfli işıqlandırılmasına qarşı etirazlarını ifadə etməkdən...
“RT France” portalının “Ruptures” jurnalının rəhbəri Pyer Levinin “Dağlıq Qarabağda müharibəsi: qərəzli baxışdan çıxmaq” sərlövhəli məqaləsi dərc olunub. Məqalənin sentyabrın 27-dən başlayan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsinə dair nadir obyektiv yazılardan biri olduğunu deyə bilərik.
Sentyabrın 27-dən başlayan müharibənin getdikcə daha da şiddətləndiyini qeyd edən P.Levi Fransada tarixçi və ziyalıları münaqişə ilə bağlı qərəzli, birtərəfli yanaşma nümayiş etdirməkdən çəkinməyə çağırıb. Bildirib ki, xüsusilə “Le Monde” qəzetində...
İtaliyanın nüfuzlu “la Repubblica” qəzetində həmin qəzetin Azərbaycana ezam olunmuş xüsusi müxbiri Peitro Del Renin müəllifi olduğu “Azərbaycanlıların fəryadı: “Məhz bu səbəbdən Dağlıq Qarabağın ayrılmasını qəbul edə bilmərik” adlı məqaləsi dərc olunub.
Müəllif məqalədə düşmən artilleriyasından yalnız 10 km məsafədə yerləşən kənd təsərrüfatı regionundakı Tərtər şəhərinə səfər etdiyini və bu şəhərin sentyabr ayından bəri raket yağışına tutulduğunu və bombardman edildiyini bildirir. Müəllif qadağan edilmiş kasetli...
Almaniyanın nüfuzlu “nex24.news” xəbər-analitik portalında “Almaniya Azərbaycanlıları “Spiegel”dən sübut tələb edirlər” sərlövhəli məqalə dərc edilib.
Məqalədə “Spiegel” jurnalının guya Türkiyə tərəfdən minlərlə Suriya muzdlusuna pul ödənilməsi və müharibə zonasına göndərilməsi barədə yaydığı qərəzli məqalə ilə əlaqədar Almaniyada fəaliyyət göstərən “IKRAZ” təşkilatının həmin nəşrin redaksiyasına ünvanladığı açıq məktub dərc olunub.