21
Oktyabr

21 Oktyabr

Almaniyanın “Deutsche Welle” telekanalında “Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb” adı ilə reportaj yayımlanıb.

Reportajda Qarabağ uğrunda gedən döyüşlərin ətraf ərazilərdə getdikcə daha çox mülki şəxsi əhatə etdiyi bildirilir. Telekanalın müxbiri Yulia Hahn Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən hazırladığı reportajda oktyabrın 17-nə keçən gecə raket atəşi nəticəsində dağılan yaşayış massivinə baş çəkib. Alman jurnalist raket zərbəsindən məhv olmuş məhəllədə dağılan evlərin qalıqları arasında...

21
Oktyabr

21 Oktyabr

Ermənistan tərəfi yanaşmalarında destruktivlik nümayiş etdirdiyindən Azərbaycan və Ermənistan liderləri arasında görüş barədə danışmaq hələ tezdir.

Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xarici İşlər naziri Ceyhun Bayramovun Moskvaya səfərinin nəticələri ilə bağlı TASS agentliyinə müsahibəsində bildirib.

Səfir deyib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, belə bir dəvət olmayıb. “Məncə, vəziyyət hələ yetişməyib”, - deyə diplomat C.Bayramovun səfəri zamanı belə görüşün müzakirə olunub-olunmaması ilə...

21
Oktyabr

21 Oktyabr

Ərəb aləmində geniş oxucu auditoriyasına malik “Ərəbi21” saytında “Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında 27 ildən sonra azan verilib” sərlövhəli məqalə dərc edib.

Məqalədə Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilmiş yaşayış məntəqələrində şanlı Azərbaycan əsgərinin dövlət bayrağımızı sancmasından sonra azan səsləndiyi qeyd olunub. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın humanitar atəşkəsi pozduğunu və rəşadətli Ordumuzun hər gün yeni kəndləri və şəhərləri işğaldan azad etdiyini...

21
Oktyabr

21 Oktyabr

Yunanıstanda geniş oxucu kütləsinə malik “Eleftheros Typos” qəzetində Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşlığı çərçivəsində “ELISME” Strateji Tədqiqatlar İnstitutunun Yaxın Şərq və Aralıq Dənizi tədqiqatlar proqramının rəhbəri, politoloq Dr. Evangelos Venetisin müəllifliyi ilə “Dağlıq Qarabağ münaqişəsinin tarixi” sərlövhəli məqalə dərc edilib.

Məqalədə oxucular münaqişənin tarixi, hüquqi aspektləri və həlli prosesi barədə məlumatlandırılıb. Bildirilib ki, SSRİ-nin süqutundan sonra “Uti possidetis” beynəlxalq hüquq norması yeni yaradılmış respublikaların sərhədlərinin toxunulmazlığına beynəlxalq və regional...

21
Oktyabr

21 Oktyabr

Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov “Zatmasr” saytının müxbiri Məhəmməd əl-Leysiyə Ermənistanın təcavüzkar siyasəti barədə müsahibə verib.

Diaspor sədri ermənilərin Qarabağa köçürülmə tarixindən danışarkən alman professoru Yuhəns Raunun Qarabağ haqqında yazdığı kitaba istinad edib. Kitabda qeyd olunur ki, 1828–ci il Türkmənçay sülh müqaviləsindən sonra ermənilərin Qarabağa köçürülməsi başlayıb. Müqavilə imzalananda indiki Ermənistanın paytaxtı İrəvan sakinlərinin əksəriyyəti azərbaycanlılardan ibarət olub.

S.Nəsirov ermənilərin torpaq iddialarına cavab...

21
Oktyabr

21 Oktyabr

Ermənistan Dağlıq Qarabağdakı münaqişəyə Rusiyanı cəlb etmək cəhdlərini davam etdirir.

Bu barədə “News.ru” Rusiya portalında dərc olunan məqalədə deyilir. Materialda vurğulanır ki, erməni tərəfi Qarabağda baş verənləri müsəlman və xristian dünyasının qarşıdurması kimi təqdim etməyə cəhd göstərir, lakin hadisələrin bu cür stereotip mənzərəsi əsla ağlabatan deyil.

Məqalədə xatırladılır ki, ötən həftə erməni tərəfi Azərbaycanı Şuşadakı Müqəddəs Xilaskar İsa Məbədinin atəşə tutulmasında ittiham edib. Müəllif yazır:...

21
Oktyabr

21 Oktyabr

İspaniyanın “La Vanguardia” qəzeti Zəngilan şəhərinin və digər yaşayış məntəqələrinin Azərbaycan Ordusu tərəfindən azad edilməsindən yazıb.

Bununla bağlı dərc edilən yazıda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev televiziya ilə xalqa müraciətində Zəngilan şəhərinin və daha 24 kəndin azad olunduğunu elan edib.

Qeyd edilir ki, Prezident İlham Əliyev Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlıların mədəni irsini məhv etməsini pisləyib. Dövlət başçısı “Biz Böyük Qayıdış astanasındayıq”, - deyib.

21
Oktyabr

21 Oktyabr

Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı səfiri Cəlal Mirzəyev İndoneziyanın “X Channel Radio” kanalının dinləyicilərinə Azərbaycan həqiqətləri barədə məlumat verib.

1994-cü ildə tərəflər arasında elan edilmiş atəşkəs rejimindən sonra ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarının nəticəsiz qaldığını xatırladan səfir Ermənistan tərəfinin atəşkəsi dəfələrlə pozduğunu bildirib. Qeyd edib ki, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 4 qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla, işğal altındakı bütün torpaqlardan...

21
Oktyabr

21 Oktyabr

BBC-nin dünyaca məşhur reportyoru Orla Querin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı fəsadlarla bağlı reportaj hazırlayıb.

BBC komandası Azərbaycanda olduğu 5 gün ərzində Bakı şəhərindən Tərtərə, Gəncəyə gedib. Onlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı mülki əhalinin hansı düşüncə və hisslərlə yaşadıqlarını öz tamaşaçılarına çatdırıblar.

Şəhidlər xiyabanından kadrlarla başlayan reportajda birinci həmsöhbətlər Azərbaycan gəncləri olub. Onlar əsgərlərimizə güvənərək torpaqlarımızın tezliklə işğaldan azad olunacağını deyiblər. Müxbir daha sonra...

21
Oktyabr

21 Oktyabr

Azərbaycanın Dağlıq Qarabağ regionunda Azərbaycan və Ermənistan arasında əsl müharibə qızışmaqda davam edir. Bu gün bu müharibədə yeni rekord vurulub, belə ki, Azərbaycan Ordusu Dağlıq Qarabağdan cənuba, İran sərhədi boyunca müdafiə xətlərini yarıb və şimala, Dağlıq Qarabağın paytaxtı Xankəndi şəhəri istiqamətində irəliləməyə real şəkildə nail olub.

Bu barədə İsrailin nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində “Dağlıq Qarabağ: Azərbaycan Ordusu hücuma keçir – ermənilər geri çəkilir” sərlövhəli məqaləsində tanınmış israilli jurnalist...

21
Oktyabr

21 Oktyabr

İşğal altındakı torpaqlarını düşməndən azad etmək üçün apardığı mübarizədə Azərbaycanı qeyd-şərtsiz dəstəkləyirik. Bu, qardaş Azərbaycan xalqı üçün Vətən müharibəsidir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin bu fikirləri Türkiyənin kütləvi informasiya vasitələri tərəfindən geniş yayılıb.

Baş katib deyib: “Ermənistanın mülki azərbaycanlı əhalini hədəf almasını, eləcə də Gəncəyə ballistik raket hücumunu şiddətlə qınayırıq və beynəlxalq ictimaiyyəti də bu cinayəti qınamağa çağırırıq”.

Dağlıq Qarabağda...

21
Oktyabr

21 Oktyabr

Ukraynanın ATR telekanalında Zəngilan şəhəri də daxil olmaqla, Azərbaycanın 24 yaşayış məntəqəsinin işğaldan azad olunması ilə bağlı reportaj yayımlanıb.

Reportajda Prezident İlham Əliyevin bununla bağlı xalqa müraciəti, Zəngilan şəhərində Azərbaycan bayrağının ucaldılması prosesi və ölkəmizin Ukraynadakı səfiri Elmira Axundovanın müsahibəsi yer alıb.

Zəngilan şəhərinin azad olunmasının Azərbaycanın böyük qələbəsi olduğunu bildirən səfir deyib: “Azərbaycan Ordusu öz torpaqlarının azad olunması uğrunda döyüşür. Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan öz ərazilərini işğalçılardan azad...

21
Oktyabr

21 Oktyabr

İsveçrənin tanınmış jurnalisti, postsovet məkanı üzrə araşdırmaçı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Unudulmuş münaqişə” kitabının müəllifi Andre Vidmerin “Frankfurter Allgemeine Zeitung” qəzetində “Onlar atəş altında geri dönmələrini gözləyirlər” başlıqlı məqaləsi dərc olunub. 

Hazırda Tərtərdə olan A.Vidmer məqaləsində 30 ilə yaxın müddət ərzində azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıdacaqlarına ümid etdiklərini qeyd edir. Məqalədə gün ərzində partlayışların eşidildiyi, tez-tez raket atəşlərinin açılması, evlərin...

21
Oktyabr

21 Oktyabr

ABŞ-ın nüfuzlu və milyonlarla dinləyici kütləsinə malik “Con Batchelor Şou” radio proqramında Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatı nəticəsində yaranmış gərginlik, humanitar sülh razılaşmaları və münaqişənin nizamlanması istiqamətində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqtona səfərləri, ABŞ dövlət katibi Mayk Pompeo ilə nəzərdə tutulan görüşləri ilə bağlı veriliş yayımlanıb.

Verilişdə müsahib qismində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və Corctaun Universitetinin professoru Brenda Şeffer çıxış ediblər.

Əvvəlcə, səfir son gərginliklər...

21
Oktyabr

21 Oktyabr

İtaliyanın “Giornale Diplomatico”, “KmetroO”, “Politicamente Corretto” xəbər saytları və “Agenzia Nova” informasiya agentliyi “Ermənistan tərəfindən azərbaycanlı diplomatlara qarşı terror təhdidləri” başlığı altında son günlər sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə diplomatlarına qarşı həyati təhlükə xarakterli çağırışların yayılmasına dair məlumatlar dərc edib.

Məlumatlarda Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın açıqlaması əsasında...

21
Oktyabr

21 Oktyabr

Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “Corriere della Sera” və “La Repubblica” qəzetlərinə, erməni katolikosu II Qareginin isə “La Repubblica” qəzetinə müsahibələrindəki sayıqlamalarına cavab olaraq, Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadə həmin qəzetlərin redaksiyalarına məktublar göndərib.

Səfirin məktubunun xülasəsi “Corriere della Sera” qəzetində dərc olunub. Eləcə də Azərbaycan diplomatının aidiyyəti qəzetlərin redaksiyalarına ünvanlandığı məktublar səfirliyin sosial şəbəkə profillərində yerləşdirildikdən sonra İtaliyanın...

21
Oktyabr

21 Oktyabr

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov bu ölkənin “Deutsche Welle” telekanalına müsahibə verib.

Müsahibədə səfir jurnalistin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallarını cavablandırıb, tamaşaçıları Azərbaycanın mövqeyi barədə məlumatlandırıb.

Diplomat bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda ATƏT-in Minsk qrupu vasitəçilik edir. Bu qrupun üzvü olan Almaniya prosesdə daha fəal rol oynaya bilər. Almaniya bunun üçün lazımi imkanlara malikdir.

Müsahibəsində ATƏT-in Minsk qrupu...

21
Oktyabr

21 Oktyabr

Böyük Britaniyanın “The Telegraph” qəzetində “Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Ermənistan ilə Azərbaycan arasında 30 ilə yaxındır davam edən münaqişənin tarixi, Azərbaycana qarşı ərazi iddiaları sürən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, Dağlıq Qarabağda və ona bitişik rayonlardakı azərbaycanlıların öz daimi yaşayış yerlərindən məhrum edilərək məcburi köçkünə çevrilməsi, eləcə...

21
Oktyabr

21 Oktyabr

Argentinanın geniş oxucu kütləsinə malik “Perfil” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanovun məqaləsi dərc olunub.

Ölkəmizin Argentinadakı səfirliyindən bildirilib ki, məqalədə Dağlıq Qarabağ regionunun Ermənistana ilhaq edilməsi məqsədilə 1988-1993-cü illər ərzində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi, mülki azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirildiyi və nəticədə 1 milyona yaxın insanın öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldığı qeyd olunur.

Həmçinin...

21
Oktyabr

21 Oktyabr

Özbəkistanın “interpress.uz”, “islamonline.uz”, “fikr.uz” və “tarjumon.uz” portalları Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı özbək və rus dillərində məqalələr yayıb.

“interpress.uz”, “islamonline.uz” portalları NATO Parlament Assambleyasının Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vebinarının keçirilməsi haqqında məlumat yayıb. Yazılarda bildirilir ki, vebinarda Latviyanın NATO-dakı nümayəndələrinin rəhbəri Aleksandrs Kirşteyns çıxışında deyib: “Mən Azərbaycanın bu sammitdə iştirak edən nümayəndəsinin mövqeyini dəstəkləyirəm. O, açıq-aydın dedi ki, nə qədər ki, Ermənistanın təcavüzkar silahlı qüvvələri Azərbaycan ərazilərindən...

21
Oktyabr

21 Oktyabr

Almaniyalı jurnalist, enerji məsələləri, eləcə də Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz regionları üzrə mütəxəssis Birqit Vetsel özünün internet səhifəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə yerləşdirib.

Məqalədə münaqişənin bir çox iştirakçılarının (Türkiyə, Rusiya, İran, ABŞ, Böyük Britaniya, Çin) və müxtəlif aspektlərinin olduğu qeyd edilir. Vurğulanır ki, məsələ yalnız Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə nəzarəti yenidən əldə keçirməklə bağlı deyil. Burada söhbət,...